ixatv.az

Bücə pullarını Ramiz Mehdiyevə məhz O ÖTÜRÜB! - İTTİHAM

18-09-2020, 14:50

Bücə pullarını Ramiz Mehdiyevə məhz O ÖTÜRÜB! - İTTİHAMAzərbaycanda daha bir nazir postunda dəyişiklik gözlənilir. Bu barədə ixatv.az-a mötəbər mənbədən informasiya verilib.

Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə Maliyyə Naziri Samir Şərifov vəzifəsindən alınacaq. Mənbənin ixatv.az-a söylədikləri:

"Zatən Samir Şərifov yeniləşən iqtidar komandasında yamaq kimi görünür... Geci-tezi vəzifəsindən alınmalı idi. Hələ Cahangir Əsərov həbs olunanda Samir Şərifov da getməli idi. Amma o vaxt Ramiz Mehdiyev Şərifovu qoruya bildi. Doğrudur, MN şefi çevikliklə "qılıf dəyişdirə" bildi və yeni komandada özünü bir üzv kimi təqdim etməyə başladı. Hər halda Ramiz Mehdiyevdən gələn təlimat belə idi.

Bu gün də ölkənin maliyyə sisteminin başında Ramiz Mehdiyevə yaxın bir kadrın dayanması olduqca təhlükəli məqamdır və bu nüansa "yuxarılar" opeativ reaksiya verməlidir".

Mənbə onu da iddia edir ki, Samir Şərifov uzun müddət Ramiz Mehdiyevin çirkli pullarının yuyulmasında birbaşa iştirak edib: "O, keçmiş PA rəhbərinin qara kassası, "buxaltrı" funksiyasını həyata keçirib. Dövlət büdcəsindən ayrılan pullar dolayı yollarla məhz yerlərdəki maliyyə nazirliyinin işçilərinin iştirakı ilə sonradan Ramiz Mehdiyevin şəxsi büdcəsinə ötürülürdü. Bu fakt ciddi şəkildə araşdırılmalıdır".

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 75}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı