ixatv.az

Sumqayıtda daha bir korrupsiya ünvanı - İDDİA

21-10-2020, 13:31

Sumqayıtda daha bir korrupsiya ünvanı - İDDİASumqayıt şəhər Uşaq Xəstəxanası tərəfindən 2020-ci il üçün keçirilmiş tender prosedurlarına yekun vurması barədə məlumatlar ictimaiyyətə oktyabr ayının əvvəllərində elan olunub.Elanda diqqət çəkən məqam alınan malların siyahısının göstərilməməsi ilə yanaşı qalib şirkətlərin analoji işlərdə təcrübəsinin olub,olmamasıdır.Aktualinfo.org bu yöndə apardığı araşdırmaları oxuculara təqdim edir.

Belə ki,Sumqayıt şəhər Uşaq Xəstəxanası tərəfindən nəticəsi 07.10.2020-ci il tarixdə elan edilmiş maşın və avadanlıqların satınalınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “Göyçay -İ” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş və 01.10.2021-ci il tarixində tərəflər arasında 48 852 manat dəyərində müqavilə bağlanmışdır.

Xəstəxana tərəfindən nəticəsi 07.10.2020-ci il tarixdə elan edilmiş kotirovka sorğusunda qalib “DRESS UNİFORM” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş və yumşaq inventarların,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə tərəflər arasında 30 sentyabr 2020-cI il tarixində 17 716.52 manat dəyərində müqavilə bağlanmışdır.

Xəstəxana tərəfindən nəticəsi 04.08.2020-ci il tarixdə elan olunmuş mətbəə və tibbi qeydiyyat forma və sənədlərinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda isə qalib “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş və 21 iyul 2020-cI il tarixində tərəflər arasında 11 968.15 manat dəyərində müqavilə imzalanmışdır.

Nəticəsi elə həmin tarixdə elan olunmuş dəftərxana ləvazimatları və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunun da qalib “A4 PLAZA”MMC olmuş və 21 iyul 2020-cI il tarixində tərəflər arasında 24990.6 manat dəyərində müqavilə bağlanmışdır.

Qeyd edək ki, Sumqayıt şəhər Usaq Xəstəxanası tərəfindən elan olunmuş maşın və avadanlıqların satınalınması, dəftərxana ləvazimatları və təsərrüfat mallarının satınalınması,yumşaq inventarların,mətbəə və tibbi qeydiyyat forma və sənədlərinin satınalınması,yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması üzrə keçirilmiş kotirovka sorğularında xəstəxananın alınmasını nəzərdə tutduğu avadanlıqların adı və siyahısı göstərilməmişdir Bu da satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə doğurur. Digər tərəfdən də qısa bir zamanda dövlət qeydiyyatına alınmış MMC-lərin ixtisas göstəricilərinin və analoji işlərdə təcrübəsinin olub,olmaması,maddi texniki bazasının və maliyyə,bank təminatlarının alınması kimi qanunun tələblərinə riayət edilməməsinə gətirib çıxarır. Bu barədə Sumqayıt Uşaq xəstəxanasına ünvanladığımız sorğuya cavab olaraq tibb müəssisəsi tərəfindən bildirilib ki,

Sumqayıt şəhər Uşaq xəstəxanasının Tender komissiyası 14.10.2020-ci il tarixli məktubunuza cavab olaraq bildirir ki,xəstəxanada satınalma prosedurları (kotirovka sorğuları) Azərbaycan Respublikasının Dövlət satınalmaları haqqında Qanununa uyğun keçirilir. Tender gov.az-da elan verildikdən sonra e.mail poçtumuza edilən müraciətlərə müvafiq olaraq mal və xidmətlərin siyahisı göndərilir və iştirak etmək üçün tələb olunan sənədlər barədə məlumat verilir. Yekun protokollar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində müvafiq araşdirmalardan sonra satınalmaların qeydiyyatı aparılır və bu barədə Sumqayıt şəhər Usaq xəstəxanasına qeydiyyata alınma məktubu gəldikdən sonra tərəflər arasında müqavilə imzalanır.Hər hansı bir nöqsan,qanun pozuntusu aşkar olunarsa,yekun protokollar qeydə alınmır və sifarişçiyə nöqsanlar barədə məlumat verilir. Nəzərinizə catdırırıq ki, Sumqayıt şəhər Uşaq xəstəxanasının tender komissiyası öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun həyata keçirir.

Xəstəxananın Tender Komissiyasının bu cavabı göstərdiklərimizə münasıbət bildirmək xatırinə yazılmışdır. Sual oluna bilər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nə üçün göstərilən MMC-ləri başqa rayonlarda keçirilən tenderlərin qalibi elan etmir,məhz Sumqayıtı seçir? Xəstəxananın ötən ilin dekabrında keçirdiyi kotirovka sorğusu üzrə ümumi olaraq 88987 manat məbləğində müqavilə bağladığı “EDMT” Məhdud Məsuliyyətli Cəmiyyətinin kimə məxsus olduğunu yəqin ki,Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində də bilməmiş deyillər.Eləcə də digər MMC-lərin qanuni təmsilçilərini də nə qədər gizlətməyə çalışsalar da hamıya məlum şəxslərdir.

10.12.2019-cu ildə cari təmir işləri üzrə 39987 manat,04.11.2019-cu il tarixdə isə digər maşın və avadanlıqların satınalması üzrə 48950 manat məbləğində müqavilə bağlanılmış “EDMT” Məhdud Məsuliyyətli Cəmiyyəti kimə məxsudur? Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qudasının oğluna.Sumqayıtdakı Döğum evinin Baş həkimi Təranə Rəcəblinin qardaşı Əsədov Fuad Zakir oğluna. Qeyd edək ki,bu MMC-nın Sumqayıt şəhərindəki səhiyyə müəssisələrinin elan etdiyi bir çox tender və kotirovka sorğularının qalibi olduğu bildirilir. Təbii ki bütün bunlar İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında həyata keçirilir.Tender yolu ayrılmış vəsaitlər dolayısı yollarla İcra başçısına çatdırılır,elan olunmuş işlər isə xəstəxanalarda pasientlərdən yığılan rüşvət hesabına aparıldığı bildirilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EDMT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 30.11.2016-cı ildə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında MMC-nin nizamnamə kapitalı 10 manat,hüquqi ünvanı Sumqayıt şəhəri məhəllə 41A,ev 1B, m. 11,qanuni təmsilçisi isə yuxarıda qeyd etdiyimiz Əsədov Fuad Zakir oğludur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GÖYÇAY-İ” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 24.09.2008-ci ildə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında MMC-nin nizamnamə kapitalı 100 manat,hüquqi ünvanı Bakı şəhəri,Xətai rayonu Naximov , ev 7, m. 423,qanuni təmsilçisinin Babayev İlqar Qəzənfər oğlu olduğu qeyd edilib.Bu şəxsin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova qohum olduğu bildirilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DRESS UNİFORM” Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində 01.03.2019-cu ildə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında MMC-nin nizamnamə kapitalı 20 manat,hüquqi ünvanı Lənkəran rayonu Boladi kəndi,qanuni təmsilçisinin isə Rövşən Nasir Akif oğlu olduğu qeyd edilib.

Sumqayıt şəhər Uşaq Xəstəxanasının Baş həkimi Müşfiq Məmmədlinin şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova yaxınlığı ilə tanınan şəxslərdən olduğu bildirilir.Əslən Laçın rayonundan olan Müşfiq Məmmədli 2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq xəstəxanasının həkimi işləyib. 2015-2016-cı illərdə Uşaq xəstəxanasının pediatriya şöbəsinin müdiri, 2016-cı ildən isə Zakir Fərəcovun sayəsində xəstəxananın Baş həkimi vəzifəsinə təyin olunub.Məlumatlara görə başçının Müşfiq Məmmədlinin deputat “seçilməsində” də rolu böyük olub.Yoxsa seçkilər zamanı cəmi 4 səs toplamış bir şəxs necə deputat ola bilərdi? Zakir Fərəcovun hətta Müşfiq Məmmədlinin həyat yoldaşını da Sumqayıtdakı 4 saylı Uşaq Poliklinikasının Baş həkimi vəzifəsinə təyin etdirdiyi bildirilir.
Aktualinfo.org


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 18}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı