ixatv.az

Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ - İTTİHAM

21-10-2020, 14:00

Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ - İTTİHAMÖlkəmizdə azad sahibkarlığın inkişafı üçün yaradılan hərtərəfli şərait nəticəsində bir çox sahələrə yerli və xarici iş adamları tərəfindən böyük yatırımlar edilir. Təbii ki, bütün bunlar iqtisadiyyatın inkişafı,yeni iş yerlərinin yaradılması baxımından ürəkaçan mənzərədir. Təəssüf ki, bəzi işbazlar (belələrinə iş adamı deməyə adamın dili gəlmir) yaradılan əlverişli şəraitdən sui-istifadə etməklə şəxsi mənfəətləri naminə qanunlara məhəl qoymur, vergi qaçaqlığı və digər çirkli əməllərlə məşğul olurlar.

Azərbaycanda yetərincə tanınan iş adamı Nuru Əliyevin fəaliyyəti ilə bağlı internet üzərindən araşdırma apararkən ən çox oğlunun sərxoş halda “avtoşluğu”, polis əməkdaşları ilə qalmaqalları, həbs olunması və s. mövzulu xəbərlərə rast gəlinir. Onun iş həyatı ilə bağlı apardığımız araşdırmalar da heç də oğlunun həyat tərzindən fərqlənmir. Belə ki, N.Əliyevin rəhbərlik etdiyi şirkətlərdə baş verən qanunsuzluqlar barədə kifayət qədər məlumatlar əldə etmək mümkündür. “Nurgün” Holdinqin sahibi olan N.Əliyev müstəqilliyimizin ilk illərində aeroportda gömrük rəisi vəzifəsində çalışıb. Elə buradaca ulduzu parlayan gələcək oliqarx iş həyatına atılır və ölkənin ən böyük holdinqlərindən birinin əsasını qoyur. Aeroport gömrüyünü öz nəzarətində saxlaması ona yüzlərlə xarici brendin distribütorluğunu alaraq ölkəyə keçirib qısa müddətdə fantastik dərəcədə varlanmasına şərait yaradır. Onun ölkəyə gətirdiyi məhsulların spektri çoxsaylı xarici avtomobil brendlərindən tutmuş, siqaretlərə qədər geniş idi.

N.Əliyev tərəfindən əsası qoyulan "Nurgün" holdinqə çoxsaylı şirkətlər və distribütorluqlar daxildir. Holdinqə daxil olan şirkətlərin siyahısını nəzərdən keçirsək onun nə qədər geniş spektrdə fəaliyyət göstərdiyinin şahidi olarıq.

"Nurgün Motors"
- Nissan Azərbaycan
- Infiniti Azərbaycan
- Ford Azərbaycan
- Renault Azərbaycan
- Maşın bazarı
- Çoxsaylı avtomobil salonları və servis mərkəzləri, “Rəvan Sığorta” , keçmiş NBC Bank, Nurgün İnşaat, “Bella” Yuyucu vasitələr fabriki, Salyan süd zavodu, Nurgün Trading (Şirkətin 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəkəsi mövcuddur. Mərkəzi anbarı Bakıda yerləşməklə, 6 regional anbarı fəaliyyət göstərir),

Kaspian Transport, “Kontinental” mağazalar şəbəkəsi, “Ailə” supermarketlər şəbəkəsi, NICOS kosmetika məhsulları, Active qabyuyan mayeləri, BIOSENSE şampunları, Rocchetta, Vittel və Erikli sularının, Havoline və Ardeca yağlarının idxalçısı və s.

Bu qədər geniş əhatə dairəsinə malik olan iş adamının fəaliyyətində kifayət qədər nöqsanların olduğu bildirilir. İlk əvvəl N.Əliyevin müəyyən sahələr üzrə monopolist mövqeyi bazarda rəqabət mühitini boğur, qiymətlərin bahalaşmasına və əksər hallarda keyfiyyətsiz məhsulların yüksək qiymətlərlə alıcıya satılmasına şərait yaradır.

Məsələn Nurgun Motors"dan nağd, kredit və ya lizinqlə avtomobil alan şəxs fərqinə varmadan monopoliya toruna düşür və sonradan baş verən hadisələrdən, təəssüf ki, onu nə qanunlar, nə dövlət qurumları qorumur. Alıcının necə tora salınması mexanizminə nəzər salsaq bunun hansı dərəcədə təhlükəli olduğunun şahidi olarıq.

İlk öncə avtomobili mütləq "Aypara lizinq" şirkətindən alacaqsınız. Daha sonra lizinq və ya kredit faizlərini mütləq "NBC bank" təyin edəcək. Məsələn, 5 illik lizinq və ya kredit şərtləri ilə avtomobil alsanız, avtomobilin dəyərindən daha çox faiz ödəyəcəksiniz.

Avtomobili mütləq "Rəvan Sığorta"da kasko sığorta etdirməlisiniz və öncədən pulunu ödəməlisiniz. Sığorta üçün müraciət ərizənizə mütləq sizin mənafeyinizə və Azərbaycan qanunvericiliyinə zidd müddəalar daxil ediləcək və sizə "bu adi müraciət ərizəsidir, zəhmət olmasa bura qol çəkin" deyib, sizi aldadacaqlar.

Avtomobili yalnız "Nissan Servis" mərkəzlərində od qiymətinə təmir etdirə bilərsiniz. Adi yağ dəyişməni belə, başqa servisdə etsəniz, sizin qarantiyanızı ləğv edəcəklər. Aldığınız avtomobilin doğrudan da yeni və orijinal olduğuna heç bir təminat yoxdur. Hər hansı qəza törədildikdə kasko sığortanızı ala biləcəyinizə dair heç bir təminat yoxdur.

Xatırladaq ki, yuxarıda adıçəkilən bütün qurumlar "Nurgün" şirkətlər qrupuna daxildir və bu açıq-aşkar istehlakçı hüquqlarının kobud sürətdə pozulmasıdır. Bəs görəsən, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, habelə digər aidiyyatı qurumlar buna niyə göz yumur?

Həmçinin holdinqə daxil olan çoxsaylı şirkətlərin vergidən yayınması barədə çoxsaylı məlumatlar mövcuddur. Dəfələrlə zamanında Vergilər nazirliyi tərəfindən müvafiq aktlar hazırlansa da nədənsə bunlara da məhəl qoyulmayıb. Vergidən yayındırılan məbləğ isə milyonlarla manat həcmindədir. Müharibə aparan bir ölkədə belə hallara yol verilməsi ən azından müharibə qanunları ilə də mühakimə olunmalıdır.

Holdinqin Salyanda fəaliyyət göstərən filialında araşdırma aparılsa qanunsuzluqlar, külli miqdarda vergidən yayınma və mənimsəmələr aşkarlana bilər. Bildirilir ki, “Nurgün” holdinqin Salyanda yağ-pendir istehsal edən sexi var. Amma şirkətin əsas fəaliyyəti heç də süd məhsulları istehsal etmək deyil. Burada süd məhsullarının istehsalı sadəcə gözdən pərdə asmaq məqsədi daşıyır. Şirkət həmin sexin anbarında böyük miqyasda topdansatış mallarının dağıdılması ilə məşğul olur. Bütün çeşidlərdə ərzaq və məişət malları həmin sexdən Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı Sabirabad rayonlarındakı və Şirvan şəhərindəki mağazalara paylanılır. Sexdən paylanılan külli miqdarda ərzaq və məişət mallarının paylanılması isə bir qayda olaraq qanunsuz həyata keçirilir.

Göründüyü kimi, ölkəmizdə biznes üçün yaradılan əlverişli mühitdən yararlanan N.Əliyev əslində normal şərtlər daxilində deyil, daha çox “kölgə iqtisadiyyatı” prinsipləri ilə fəaliyyət göstərir. Bu gün “hər şey Vətən üçün, hər şey cəbhə üçün” prinsipi əsas olmalıykən qanunsuz yollarla milyonlar qazanmağa nə ad vermək olar? Adı “Nurgün” olan bir şirkətin qaranlıq əməlləri çoxmu davam edəcək?
Rubrika.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 24}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı