ixatv.az

Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn şirkətə bu dəfə 2,2 milyon manat ayırdı - İcazə verin, şübhələnək...

23-11-2020, 14:00

Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn şirkətə bu dəfə 2,2 milyon manat ayırdı - İcazə verin, şübhələnək...Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi "Lotus Co” QSC olub.
Yeniavaz.com xəbər verir ki, "Lotus Co” QSC “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin sifarişi ilə bu quruma müxtəlif təyinatlı avadanlıqlar satacaq.
Qeyd olunan avadanlıqların alınması üçün “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” "Lotus Co” QSC-yə 2 milyon 206 min 610 manat 62 qəpik ödəyəcək.
Onu da bildirək ki, "Lotus Co” QSC bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan daha bir qurumun - “Dövlət Məşğulluq Agentliyi”ndən bu qurumun inzibati binasında Azərbaycan dövlət bayrağının əks olunması işlərini həyata keçirmək üçün sifariş alıb. Bu iş üçün “Dövlət Məşğulluq Agentliyi” "Lotus Co” QSC-yə 35 min 343 manat 36 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, "Lotus Co” QSC – 01.08.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan QSC-nin qanuni təmsilçisi Cəfərov Seymur Məmməd oğludur.
"Lotus Co” QSC-nin bugünə kimi qalib olduğu tender müsabiqələrinin hamısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan qurumlar keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən dəyəri milyonlarla manat olan tenderləri udan "Lotus Co” QSC barədə açıq internet resurslarda hər hansı bir məlumata rast gəlmək olmur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 44}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı