ixatv.az

Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu

27-11-2020, 15:55

Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu“Əli Həsənov Azərbaycan mediasını dağıdıb, böyrü üstə qoydu”.

Bunu ixatv.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.

Partiya sədri qeyd edir ki, Əli Həsənov Azərbaycan mediasında heç bir irələyiş edə bilməyib:

“Əksinə, daha da bərbad günə saldı. Dövlətin mediaya ayırdığı milyonlarla pulu dağıdıb, yedilər. Bizdəki KİV-ləri heç olmasa, Türkiyə mediasının səviyyəsinə çatdıra bilmədi. 44 günlük Vətən müharibəsində bizim mediaya böyük ehtiyacımız vardı. Çox təəssüf ki, biz istədiyimiz medianı görə bilmədik. Türk qardaşılarımız Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı.Çünki Əli Həsənov bizim mediamızı məhv edib. Əli Həsənov tək medianı deyil, bütün sahələri məhv etməyə çalışırdı. Hesab edirəm ki, gələcəkdə dövlət onların cəzasını verəcək. İndi bilmirəm Əli Həsənov haradadır. Nə işlə məğuldur. Yəqin ki, yığdığı pullarla öz kefindədir. Əli Həsənova Ramiz Mehdiyev rəhbərlik edirdi. Təəssüf ki, bəzi vəzifədən uzaqlaşan məmurlar hələ də həbs edilməyib. Ramiz Mehdiyev və onun komandası olan 5-ci kolon dövlətimizə qarşı təxribatlarını davam etdirir, böyük qələbəmizi həzm edə bilmirlər. Deyirlər, balıq başdan iylənir. Onların başında duran erməni Razik idi. Başımız müharibəyə qarışıb. Zamanı gələndə bu məsələni qaldıracağıq. Yəqin ki, ölkəmizə qarşı xəyanət edənlər zamanı gələndə qanunla cəzalandırılacaqlar”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 142}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı