ixatv.az

Gəncədə iki piyadanı avtomobil vurub, ölən və xəsarət alan var

17-09-2020, 09:33

Gəncədə iki piyadanı avtomobil vurub, ölən və xəsarət alan varGəncədə avtomobil iki piyadanı vurub, onlardan biri hadisə yerində dünyasını dəyişib, digəri xəsarət alıb.

"ixatv.az"ın Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə şəhər Heydər Əliyev prospektində, ticarət mərkəzlərinin birinin yaxınlığında qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən iki piyadanı avtomobil vurub. Onlardan biri hadisə yerində dünyasını dəyişib, 1995-ci il təvəllüdlü Qədim Aqil oğlu Qurbanov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 30}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı