ixatv.az

Şəmkirin icra başçısının BAŞI DƏRDDƏ - Ona cinayət işi açıla bilər

18-09-2020, 13:59

Şəmkirin icra başçısının BAŞI DƏRDDƏ - Ona cinayət işi açıla bilərŞəmkir rayon icra hakimiyyətinin icra başçısı Alimpaşa Məmmədova cinayət işi açıla bilər. Bu barədə ixatv.az-a mötəbər mənbədən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Alimpaşa Məmmədov bu gün barəsində ən çox şikayət olunan icra başçılarından biri kimi çoxdan müvafiq dairələrin diqqətini cəlb edib.

Mənbənin ixatv.az-a söylədikləri: "Alimpaşa Məmmədov davamlı olaraq büdcə hesabatlarını kəsirlə başa vurub. Bütün bunlar isə vacib məsələdir və rəsmi etiraf olunan yeyintidir. Deməli, ortada daha böyük yeyinti faktları ilə bağlı şübhələrə əsas var. Vergi orqanlarından məhz korrupsiya faktına görə qovulmuş Alimpaşa Məmmədovun təkrar olaraq yoxlanılması ona qarşı daha böyük ittihamların irəli sürülməsinə rəvac verə bilər".

Mənbə iddia edir ki, artıq bu yöndə ciddi hərəkətlənmə var: "Yaxn vaxtlarda "effekti" görünəcək..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 31}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı