ixatv.az

Salyanda avtomobil 64 yaşlı kişini vurdu

24-11-2020, 10:58

Salyanda avtomobil 64 yaşlı kişini vurduSalyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ixatv.az”in Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun “PMK-23” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Salyan şəhər sakini, 1956-cı il təvəllüdlü Abışov Rafiq Abdulla oğlunu minik avtomobili vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 48}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı