ixatv.az

Cəlilabadda avtomobil maneəyə çırpıldı, xəsarət alan var

25-11-2020, 10:31

Cəlilabadda avtomobil maneəyə çırpıldı, xəsarət alan varCəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"ixatv.az"ın məlumatına görə, hadisə Göytəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Zeynalov Orxan Qorxmaz oğlu ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralıya kəllə-beyin travması, bud sümüyünün və topuğun sınığı diaqnozları qoyulub. O.Zeynalovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 60}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı