ixatv.az

Ağdaşda evdən içərisində pul və qızıl olan çanta oğurlandı

27-11-2020, 10:58

Ağdaşda evdən içərisində pul və qızıl olan çanta oğurlandıAğdaş rayonunda evlərdən birindən oğurluq edilib.

ixatv.az”in Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Zeynəddin kəndində baş verib.

Belə ki, kənd sakini Rəvan Şərifovun evinə daxil olan naməlum şəxs və ya şəxslər içərisində pul və qızılların olduğu çatanı oğurlayıblar. Çantada 5 min manat dəyərində qızıl-zinət əşyaları, 2 min ABŞ dolları, 780 manat, ailəyə məxsus şəxsiyyət vəsiqələri və digər rəsmi sənədlər olub

Hadisə baş verən zaman Rəvan Şərifov və ailəsi evdə olmayıb.

Oğurluqla bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 142}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı