ixatv.az

Ceyhun Bayramov XİN-in kollektivinə təqdim olundu

17-07-2020, 18:00

Ceyhun Bayramov XİN-in kollektivinə təqdim olunduAzərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə iyulun 16-da Xarici İşlər naziri təyin edilən Ceyhun Bayramov nazirliyin kollektivinə təqdim olunub.

ixatv.az” xəbər verir ki, naziri kollektivə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib.

O, yeni nazir Ceyhun Bayramov haqqında kollektivə məlumat verib və bu təyinatın Prezidentin xarici siyasətdə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində mühüm rol oynayacağına ümid etdiyi deyib.

C.Bayramov da öz növbəsində bu işin öhdəsindən layiqincə gələcəyinə söz verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 127}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı