ixatv.az

Ölkənin daha 129 obyektində epidemiya əleyhinə rejim pozulub

17-09-2020, 15:06

Ölkənin daha 129 obyektində epidemiya əleyhinə rejim pozulubİqtisadiyyat sahibkarlıq subyektlərində sentyabrın 15-də keçirdiyi monitorinqlər zamanı 129 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Bu barədə "ixatv.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, əsasən Səbail rayonunda David Walker Parfümeriya” mağazasında, “Real market”də, “Ada restoranı”nda, “Köz plus” iaşə obyektində, “Restoran İmerete”də, Binəqədi rayonunda “My brend mağaza”da, “Təbiət kafesi”ndə, “Zümrüd kafesi”ndə, “Bərəkət dönər evi”ndə, “Gurman kafe”də, Xəzər rayonunda “Andromed Tibb Mərkəzi”ndə,"KM klinikası”nda, “TT çay evi”ndə, Nizami rayonunda “Azərin market”də, "1 manat mağaza”da, Sabunçu rayonunda “TT ərzaq mağazası”nda, “Supreme hotel restoran”da, “Kalmar restoran”da, Gülarə Kazımovaya məxsus çayxanada, Suraxanı rayonunda “Ləvəngi restoranı”nda, “Topaz çayxana”da, Qaradağ rayonunda "Nur market”də, "Borçalı kafe"də, "Vüqar kafe”də, Yasamal rayonunda “Yanardağ restoran”da, “Sizin Lombard”da, Xətai rayonunda “Bizim market”də, Əhməd Cəfərova, Səbinə Hüseynovaya, Akif Hüseynova, Mirvari Əzizovaya məxsus mağazalarda, Nəsimi rayonunda “Paradise kafe”də, “Pizza Hut-Vağzal” iaşə obyektində, “Kafe-Sofra”da, “Beer Qreei” iaşə obyektində, “Restoran sekrets”də, Nərimanov rayonunda “Al market”də, “Olimp Pub”da, Sumqayıt şəhərində “Arzu market”də, “Mega hand geyim mağazası”nda, “Mağaza Ovçular”da, “Kafe Liman”da, Abşeron rayonunda “Pepe oyuncaq dünyası” mağazasında, “Həkəri kafesi”ndə, “Manqa kafesi”ndə, “Naxçıvan kafesi”ndə qeydə alınıb.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 32}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı