ixatv.az

Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə çatır

21-10-2020, 16:00

Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə çatırÖzünüməşğulluq proqramına cəlb olunanlardan 3200-dən çox şəxsə aktivlər verilərək ailə təsərrüfatları yaradılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir.

Bu ilin ötən dövründə 8 minə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onlardan artıq 3200-dən çox şəxsə biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb.

2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə, ünvanlı sosial yardım alan ailələrin üzvlərinə, qadınlara daha çox üstünlük verilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 18}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı