ixatv.az

Sirli rəssamın əsəri Londonda auksionda təxminən 10 milyon dollara satıldı

22-10-2020, 13:23

Sirli rəssamın əsəri Londonda auksionda təxminən 10 milyon dollara satıldıBritaniyalı küçə rəssamı Benksinin "Show Me The Monet" adlı tablosu 7,6 milyon funt sterlinqə (9,8 milyon dollar) satılıb.

"ixatv.az" "TASS"a istinadən xəbər verir ki, hərrac Londondakı "Sotheby's" auksion evi tərəfindən həyata keçirilib.

Lakin bu məbləğ sənətkarın işi üçün bir rekord anlamına gəlmədi. Çünki ötən il Birləşmiş Krallıq Parlamentini lağa qoyan bir Benski tablosu 9,9 milyon funt-sterlinqə (o zamanki məzənnə ilə 12 milyon dollar) satılmışdı.

Ən maraqlısı da budur ki, sənətçi hələ də kimliyini gizli saxlamağı bacarır. Rəssamın ən yaxın köməkçilərindən başqa heç kim onun necə göründüyünü və əsl adının nə olduğunu bilmir. Yalnız bir neçə şəkil və video var ki, orda da Benskinin üzü həmişə örtülüdür.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 32}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı