ixatv.az

Saatlı sakini 7 aydır problem içindədir... - GİLEY

22-11-2020, 12:00

Saatlı sakini 7 aydır problem içindədir... - GİLEYSaatlı rayon, Qıraqlı kəndində yaşayan Rəsul Soltanağa oğlu Mustafayev rayonda şadlıq saraylarından birində videooperator işləyib.

ixatv.az xəbər verir ki, məlum pandemiya səbəbi ilə əlaqədar, şadlıq sarayları fəaliyyətini müvəqqəti olaraq dayandırdığı üçün Rəsul Mustafayev yeddi aydır işsiz qalıb.

O, dəfələrlə Saatlı rayon Məşğulluq İdarəsinə bu barədə məlumat versə də, işsiz qaldığı bu müddət ərzində heç bir kompensasiya almadığından şikayətlənir. Narazı vətəndaş yerli icra orqanlarının da onun durumuna və şikayətinə biganə qaldığını deyir.

İddia olunanlarla bağlı ixatv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 41}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı