ixatv.az

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rəhbərliyinə ŞOK İTTİHAM - "500 000 manatı açıqca talayırlar..."

24-11-2020, 15:00

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rəhbərliyinə ŞOK İTTİHAM - "500 000 manatı açıqca talayırlar...""Ey vətənsevərlər! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında dərəbəyliyin baş alıb getməsi barədə yazdım, oxudunuz, ya oxumadınız, yan keçdiniz. Vətən uğrunda ömür çürüdənlər üçün birlik ortamı olan bu təşkilatın taleyinə biganə qaldınız, rəy bildirmədiniz, etina etmədiniz". ixatv.az bildirir ki, “Konflikt Jurnalistikası Məktəbi”-nin rəhbəri, BDU-nun Beynəlxalq Jurnalistika Kafedrasının doktorantı Əlisəfa Mehdiyev özünün sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

Daha sonra Ə.Mehdiyev yazır: "Vətən savaşının sevincini yaşadığımız bu həssas zamanda 97 yaşlı general-polkovnik Tofiq Ağahüseynovun iş qabiliyyətinin demək olar ki yararsız olduğu durumda onun nəvəsi və yaxınları dövlətin bu təşkilata ayırdığı 500 000 manatı açıqca talayırlar. Hətta bu pandemiya dövründə işçiləri də amansızcasına işdən qovub, büdcəni yeyirlər.

Yaxın vaxtlarda müharibə veteranlarının ümumi sayı 200 minə çatacaq. Bu təşkilat böyük bir veteran ordunun sosial fəaliyyət, gənc nəslin ideoloji tərbiyəsi və ehtiyacı olanların yardım meydanı olacaq. Bunun üçün indi orada toplanmış möhtəkirlərin qovulması, sağlam zabitlərin idarəçiliyə gətirilməsi məqamıdır.
Lütfən, bu problemin həlli üçün səsinizi çıxardın, fikrinizi bildirin!

Bu təşkilat hamınındır, təkcə General T. Ağahüseynovun törəyinin deyil!"


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 50}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı