ixatv.az

Gözlərini Vətən yolunda itirən qazimiz doğulduğu rayona qayıtdı

26-11-2020, 16:30

Gözlərini Vətən yolunda itirən qazimiz doğulduğu rayona qayıtdıCəlilabad rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək hər iki gözünü itirən qazinin təntənəli qarşılanma mərasimi keçirilib.

"ixatv.az"in Muğan bürosunun məlumatına görə, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən 44 günlük müharibənin iştirakçısı Hüseynov İsmayıl Məhəmməd oğlu qazi kimi doğulduğu Cəlilabad rayonuna qayıdıb.

Cəlilabad Şəhidlər Xiyabanının önündə keçirilən qarşılanma mərasimində rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Vətən müharibəsində canından keçən şəhidlərimizin qəhrəmanlıqlarından söz açıb.

Qeyd olunub ki, Azərbaycan Əsgərinin yüksək döyüş qabiliyyəti, xalqın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi işğal olunmuş torpaqlarımızın azad olunması ilə nəticələnib.

Daha sonra şəhidlərimiz yad edilib, onların ruhuna dualar oxunub.

Qeyd edək ki, İ.Hüseynov Vətən müharibəsinin ilk günlərindən könüllü kimi döyüşlərə qatılıb və oktyabrın 20-də yaralanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 121}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı