ixatv.az

Rusiya şirkətindən Azərbaycana qarşı böyük təxribat - FAKT

22-10-2020, 09:30

Rusiya şirkətindən Azərbaycana qarşı böyük təxribat - FAKT
Rusiyanın aparıcı mobil operatorlarından olan “Beeline” şirkətinin Ermənistandakı bölməsi – “Beeline Armenia” işğal altında olan Qarabağa edilən zəngləri ödənişsiz edib.
Yeniavaz.com “Beeline” şirkətinin rəsmi veb-səhifəsində yer alan məlumata istinadən bildirir ki, şirkətə məxsus mobil nömrələrə Qarabağdan gələn zənglər və Qarabağdakı nömrələrə edilən zənglər üçün “0 AMD” tarifi (ödənişsiz) tətbiq olunub. Bildirilir ki, bu güzəştdən bütün mobil operator istifadəçiləri, o cümlədən staionar telefon istifadəçiləri faydalana bilərlər.
Şirkətin açıqlamasında qeyd olunur ki, yeni tarifə qoşulmaq üçün “Beeline Armenia”nın rəsmi “Facebook” səhifəsinə mesaj göndərmək, ya da 0611 nömrəsinə zəng etmək lazımdır.
Məlumat üçün bildirək ki, “Beeline” şirkəti daha əvvəl də işğal altında olan Qarabağdakı qondarma “Artsax Telekom” adlı şirkətlə əməkdaşlıq edib. Lakin, Azərbaycan tərəfinin etirazlarına verilən cavabda iddia edilib ki, “Beeline” şirkəti “Artsax Telekom”la deyil “ArmenTel” mobil şirkətilə əməkdaşlıq edir. “ArmenTel” mobil şirkəti isə “Artsax Telekom”la əməkdaşlıq etdiyi üçün onlar da “Beeline”nin xidmətlərindən yararlanırlar.
Onu da qeyd edək ki, bu ilin avqust ayında əslən azərbaycanlı Rəşid İsmayılov "Beeline"nın aparıcı brendlərindən olan "VimpelCom"un prezidenti seçilib. 1965-ci ildə Bakıda anadan olan Rəşid İsmayılov 2014-cü ildən 2018-ci ilə qədər Rusiyada Rabitə nazirinin müavini olub, daha sonra Rusiya
da “Nokia” şirkətinin baş direktoru vəzifəsində çalışıb.

Rusiya şirkətindən Azərbaycana qarşı böyük təxribat - FAKT
Rusiya şirkətindən Azərbaycana qarşı böyük təxribat - FAKT


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 21}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı