ixatv.az

“PayPal”da kriptovalyuta ilə əməliyyatlara imkan yaradılır

22-10-2020, 10:57

“PayPal”da kriptovalyuta ilə əməliyyatlara imkan yaradılır“PalPay” beynəlxalq ödəniş sisteminin istifadəçiləri bundan belə öz hesablarından kriptovalyuta ala, sata, saxlaya biləcəklər.

ixatv.az” şirkətə istinadən xəbər verir ki, ilkin mərhələdə “PayPal” istifadəçiləri birbaşa öz hesablarından “Bitcoin”, “Ethereum”, “Bitcoin Cash”, “Litecoin” ilə əməliyyatlar apara biləcəklər.

Bu xidmət ABŞ-dakı istifadəçilər üçün qarşıdakı bir neçə həftə ərzində açıq olacaq, 2021-ci ilin birinci yarısında isə başqa ölkələri də əhatə edəcək.

“PayPal”ın prezidenti və baş direktoru Dan Şulman bu barədə bildirib: “Rəqəmsal valyutaların labüd tətbiqi nəticəsində maliyyə xidmətlərinin əhatəsi və əlçatan olması, önənişlərin səmərəli, sürətli, dayanıqlı olması, habelə hökumətlərin vəsaitləri vətəndaşlar arasında tez bölüşdürə bilməsi baxımdan açıq-aşkar üstünlük gətirir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 22}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı