ixatv.az

“Walt Disney" son 40 ildə ilk dəfə zərərə düşdü

13-11-2020, 16:00

“Walt Disney" son 40 ildə ilk dəfə zərərə düşdü
ABŞ-ın və dünyanın əyləncə sənayesi üzrə ən böyük konqlomeratı “Walt Disney" şirkəti bu ilin III rübünü 710 milyon dollar zərərlə başa vurub.

"ixatv.az" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, şirkət ötən ilin eyni dövründən 777 milyon dollar mənfəətlə çıxmışdı.

“Walt Disney" 2019-cu ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayına qədər davam edən 2020-ci maliyyə ilini isə 2,832 milyard dollar zərərlə yekunlaşdırıb. Halbuki, şirkət 2018-ci ilin oktyabr ayından 2019-cu ilin sentyabr ayına qədər davam edən 2019-cu maliyyə ilində 10,425 milyard dollar mənfəət əldə etmişdi. Bu, əyləncə nəhənginin tarixində 1980-ci ildən bəri ilk haldır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 32}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı