ixatv.az

UNESCAP-ın Nəqliyyat Komitəsinin 6-cı sessiyası keçirilib

13-11-2020, 18:00

UNESCAP-ın Nəqliyyat Komitəsinin 6-cı sessiyası keçirilib
BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat Komitəsinin 6-ci sessiyası keçirilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “ixatv.az”a bildirilib.

Məlumata görə, bu tədbir təşkilatın sahə üzrə ən yüksək səviyyəli iclası olaraq iki ildə bir dəfə təşkil olunur. Pandemiya ilə əlaqədar builki sessiya onlayn formatda baş tutub.

İki gün davam edən tədbirdə UNESCAP-ın Asiya və Sakit okean regionunda Davamlı Nəqliyyat Bağlantıları üçün Regional Fəaliyyət Planının 1-ci mərhələsinin (2017-2021) icrası və bu sahədəki mövcud çağırışlar, eləcə də BMT-2030 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün nəqliyyatda transformasiya fəaliyyətinin sürətləndirilməsi və müvafiq sahədə ölkələrin təcrübələri barədə müzakirələr aparılıb.

İclasda 53 üzv ölkənin nümayəndələri, eləcə də ESCAP katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak ediblər.

Azərbaycanı tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" və Azərbaycan Dəmir Yolları” QSC-lər təmsil edib.

Sessiyanın Davamlı Nəqliyyat Bağlantıları adlı iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Emil Əhmədov çıxış edib. O, ölkəmizin nəqliyyat sahəsinin inkişafı üzrə siyasəti, həyata keçirilən fəaliyyət, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələr və əldə olunan nailiyyətlər, eləcə də pandemiya dövründə regionda daşımaların davamlılığının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Sonda tədbirin yekun hesabat sənədi qəbul olunub. Yekun sənədində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən baxılması və həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün bir sıra tövsiyələr öz əksini tapıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 37}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı