ixatv.az

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirəcək

16-11-2020, 12:00

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirəcək
Amerika Birləşmiş Ştatları gələn həftə İrana qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

ixatv.az” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo adından yayılan yazılı açıqlamada qeyd olunub.

Bildirilib ki, bir il əvvəl İran şəhərlərindəki nümayişlərdən sonra, rəsmi Tehran həyata keçirdiyi repressiyaların izlərini senzura, hədə-qorxu yolu ilə gizlətməyə çalışıb və internetə tam məhdudiyyət qoyub.

Amerika diplomatiyasının rəhbəri hesab edir ki, İran tərəfi həmin həftə ərzində törədilən cinayətlərlə bağlı müstəqil istintaq aparmaqdan hələ də imtina edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 31}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı