ixatv.az

Gürcüstanda sərt karantinin tətbiqi gözlənilir

20-11-2020, 11:32

Gürcüstanda sərt karantinin tətbiqi gözlənilirGürcüstan hökumətinin ölkədə epidemioloji vəziyyətin pisləşməsi səbəbindən ümümi karantin elan edəcəyi gözlənilir.

ixatv.az”in Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumata əsasən, ümumi sərt karantin rejiminin noyabrın 21-də keçiriləcək parlament seçkilərinin II turundan sonra tətbiqi nəzərdə tutulub. Xüsusi rejim noyabrın 24-dən dekabrın 7-dək qüvvədə saxlanılacaq.

Sərt məhdudiyyətlərin ictimai nəqliyyat və iri ticarət mərkəzlərinin fəaliyyətinə şamil olunacağı bildirilib.

“Lokdaun”un müddətinin dekabrın 7-dən sonra uzadılacağı da istisna edilmir.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze öz növbəsində bildirib ki, ölkədə qüvvədə olan məhdudiyyətlər genişləndiriləcək, ümumi karantin isə planlaşdırılmır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 14}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı