ixatv.az

Gürcüstanda parlament seçkilərinin qalibi məlum oldu

22-11-2020, 12:58

Gürcüstanda parlament seçkilərinin qalibi məlum olduGürcüstanın Mərkəzi Seçki Komissiyası ötən gün 17 majoritar dairədə baş tutan parlament seçkilərinin II turu ilə bağlı səslərin hesablanmasını başa çatdırıb.

ixatv.az”ın Gürcüstan bürosu xəbər verir ki, ilkin nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyası bütün dairələrdə böyük üstünlüklə qalib gəlib.

Seçkilərin hər iki turunun nəticələrinə görə, “Gürcü Arzusu” X çağırış parlamentində 150 mandatın 90-nı əldə edib. Digər 60 yer isə seçkilərin ilk mərhələsində iştirak edən 8 müxalifət partiyası arasında bölünüb.

Qeyd edək ki, Gürcüstan müxalifəti II turdan və deputat mandatlarından imtina edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 45}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı