ixatv.az

İmişli rayon məhkəməsindən Azərbaycan bayrağına hörmətsizlik - FOTOFAKT

13-08-2020, 13:35

İmişli rayon məhkəməsindən Azərbaycan bayrağına hörmətsizlik - FOTOFAKTİmişli rayon Məhkəməsinin inzibati binası üzərində dalğalanan bayraq cırılsa da, buna əhəmiyyət verən yoxdur.

Hurriyyet.org xəbər verir ki, inizbati binanın yuxarı hissəsində asılmış Azərbaycan bayrağı günlərdir cırılmış vəziyyətdə formada dalğalanır.

Şübhəsiz, inzibati binanın başında asılan cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na əsasən dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır və bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 16}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı