ixatv.az

Qaraciyəri təmizləmək üçün bu çayları için

11-09-2020, 13:57

Qaraciyəri təmizləmək üçün bu çayları içinQaraciyər qanı təmizləyən, vitamin və mineralları orqanizmin mənimsədiyi hala salan, qırmızı qan hüceyrələrini yeniləyən və ödü sintez edən bir orqandır.

Qaraciyər bu həyati əhəmiyyətli funksiyaları yerinə yetirərkən bir çox toksik maddələrin təsirinə məruz qalır. Bu səbəblərdən qaraciyəri təmizləməyə ehtiyac duyur.

Uzun illər orqanizmdə "təmizləmə" işi ilə məşğul olan bu orqanın özünün "təmizliyə" ethiyacı olduqda insanda yorğunluq, halsızlıq, nəfəsində qoxu, dəridə qaşınmalar və iştahsızlıq kimi əlamətlərlə özünü göstərir.

Bu toksinlərin qaraciyərdən təmizlənməsi üçün bəzi bitki çaylarından istifadə etmək olar.

Dəvətikanı dəmləməsi qaraciyəri təmizləyən bitkilər sırasında birinci yerdə durur. Onun tərkibində tapılan silyamarin və silyin adlı kiməvi maddələr qida səbəbli qaraciyərdə əmələ gələn toksinlərin təmizlənməsində böyük rol oynayır.

Digər qaraciyər üçün faydalı ot zəncirotudur. Zəncirotu dəmləməsi öd axınını sürətləndirərək qaraciyər daxilindəki artıq toksinləri təmizləyir. Bundan başqa zəncirotu dəmləməsi qaraciyərin iltihabi xəstəliklərində də öz faydasını göstərir.

Solmazçiçəyinin dəmləməsi də qaraciyərdaxili öd axarları boşaltmaqla qaraciyər fəaliyyətini yaxşılaşdırır.

Qaraciyəri təmizləmək üçün bəzi tövsiyələr:

- Spirtli içkilərdən imtina edin.

- Yaşıl tərəvəzlərə üstünlük verin.

- Duzu və şəkəri azaldın.

- Təbii qəhvə için.

- Zeytun yağına üstünlük verin.

- Yediklərinizin üstünə limon şirəsi tökün.

Diqqət! Qaraciyərin ciddi xəstəlikləri zamanı ot çaylardan yalnız həkimin təyini ilə istifadə etmək olar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 11}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı