ixatv.az

Təhsilimiz bu gün – Vətəndaş baxışı...

13-09-2020, 17:51

Təhsilimiz bu gün – Vətəndaş baxışı...





















Heç uşaqlığda hansısa bir lövhə üzərində rəngli daşların yerin dəyişərək yaranan mənzərədən feyzab olub, nə isə gördüyünü, nə isə etdiyini, yaratdığını düşünüb qürurlanmısınızmı...?
Mən, bu və ya digər yanaşmalarıma keçməmişdən ilk öncə bütün təhsil işçilərindən üzür istəyirəm. Hansıki, təhsilmizi bu günə salanlar, illərlə xalqdan, millətdən üzür istəməyib.....
Bu bir vətəndaş olaraq mənim yanaşmamdı...
Təhsil mənim üçün "Qoy ədalət zəfər çalsın" məlum fikirdən, şüardan üzübəri izlədiyim, maraqlandığım, vacibliyini və əhəmiyyətini dərk edib, inkişafın həsrətlə gözlədiyim sahədi...
Lakin hər il qəbula gedib, imtahan verib, kəsilib, ümidin növbəti ilə bəsləyən zəif abituriyent kimi, məndə hər il növbəti ilə və ya kadr dəyişikliyinə böyük ümüd bəsləmişəm... Və heç nə dəyişməyib. Yuxardakı bənzətməmə uyğun, oxşar haldan başqa...
Ölkə təhsilinin hansı halda, hansı vəziyyətdə olduğu illərlə bu sahənin mütəxəssislərin, ölkə ziyalılarının, bəzi rəsmilərin, deputat mandatı daşıyan MM deputatlarının dilində səslənib. 2000 ci illərdə Siyavuş Novruzovun, Qüdrət Həsənquluyevin, Fazil Qəzənfəroğlunun təhsilmizin pis günə qaldığının MM sin tribunasından, kürsüsündən səslndirdiyi fikirlər bu gündə öz əhəmiyyətini itirmədiyin göstərir. Millətin savadsızlığının, bu savadsızlığdan doğan hüquqların bilmədiy üzündən müxtəlif məsələlərdə cinayətə sürükləndiylərindən yetərincə danışılmışdır. Əmək Əhalinin Sosial Müdafiəsi Naziri işləmiş, keçmiş deputat, ölkəmizi Belarus Respublikasında təmsil etmiş keçmiş səfir Əli Nağıyev cənabının MM sin tribunasından təhsilmizin uçrum qarşısında olması həyacanlı çıxışı bu gündə yadımdan çıxmayıb. Amma heç nə dəyişməyib, nazirlərdən başqa...
Mən təhsilin itirdiyini dərk etdiyim vaxt, o zaman oldu ki, nazir Misir Mərdənov cənabı "Təhsildə humanistləşdirmə" kimi bir qərar imzaladı. Elə o gündən təhsilmiz üzərində eksprmentlərin, döyüş meydanının poliqonuna çevrildiyinin şahidi oldum. Sonda da millətin savadsızlığı önə çəkilən bir məqamda, təhsilmizin başında duran, təhsilmizin baş müəllimi Misir müəllim Mərdanov, təhsilin inkişafından sualına, laiq və nail olduğu vəziyyətə uyğun cavab verdi. "--TƏHSİLMİZİN SƏVİYYƏSİ, MİLLƏTMİZİN SƏVİYYƏSİNƏ UYĞUN İNKİŞAF EDİR." Həqiqətən də savadsızlaşdırılmış bir millətin təhsilinin inkişafı, onun mənsub olduğu millətin səviyyəsinə uyğun inkişaf etdiyinin şahidi olurduq. İllərlə Təhsil Nazirliyi ilə İmtahan Qəbul Komissiyası arasında gedən mübarizə, orta ümumtəhsil müəsissələrində 2 alan şagirdlərin faiz dərəcələrinin yüksək olması, dəfələrlə qəbul ballarının aşağı salınması ümumi təhsilmizin göstəricisinin bariz nümunəsiydi. Amma, yenə yetərincə gənclərimiz ali təhsil müəsissələrinə qəbul olub, ləyaqətlə təhsillərini davam etdirib, savadlı mütəxəssis kimi yetişirdi. Bir çoxuda xaricdə təhsilini davam etdirirdi...
Bununda böyük uğurun təntənəsini Təsil Nazirliyi, onun tabeliyində olan məktəblər öz adına çıxırdı. Hansı ki, bu məzunların böyük əksəriyyəti ya müəllim yanına gedib fərdi qaydada hazırlaşırdı və yada təhsilmizə böyük töhvə verən özəl təhsil kurslarında yetərincə biliyə sahib olanlar idi. Burada Təhsil Nazirliyinin, orta ümumtəhsil müəsissələrinin xidmətinin nə olduğunu bu gündə anlaya bilmirəm. Görəsən Təhsil Nazirliyi bu 30 ildə uğur qazanıb savadlı mütəxəssis kimi müxtəlif sahələrdə çalışan bu məzunların statiskasın aparıbmı ki, bu məzunların neçə faizi təhsil aldığı məktəbdə dərsdən sonra repititorların, özəl təhsil kurslarına getməklə ali məktəblərə qəbul olub?
Təhsildə ən önəmli vaistə, səbəb, məsuliyyət, şərəfli adın daşıyıcısı müəllim üzərinə düşür. Əgər birbaşa və ya dolaysı ilə yetərincə gənclərmiz təhsil alıb, savad yiyəsi olubsa, deməli yetərincə şərəfli adı uca tutan, onu şərəflə daşıyan müəllimlərmiz var. Ancaq, Misir müəllim Mərdanovun haqqına dediyi, sonralar acı həqiqət kimi lağlağıya çevrilən, - NORMAL, AĞLI BAŞINDA OLAN ADAM 200 MANATA GEDİB MÜƏLLİM İŞLƏYİB ƏSƏBLƏRİN KORLAMAZ" fikiri bu gün üçündə aktualdır. Digər, uzun müddət deputat mandatı gəzdirmiş Hadı Rəcəbli kimi, "-MÜƏLLİM DƏRSDƏN SONRA GEDİB HASAR HÖRSÜN, HEYVAN SAXLASIN" yanaşması ortaya çıxmazdı. Amma bütün mərhumiyyətlərə, çətinliklərə baxmayaraq, xalqı ayaqda saxlayan, onun gələcəyinin savadlı yetişməsinə zəhməti ilə çalışan müəllimlərmizə həqiqətən də alqış düşür.
Və məndə bir vətəndaş olaraq, içimdəki bu acılarla bərabər, şərəfli peşə sahiblərinin qarşısında baş əyib, onlara səmimi minnətdarlığımı bildirirəm.
Sonda, başlığa çıxardığım fikirə qaydıram. Həqiqətən də lövhə üzırində bəzəkli daşların yerin, zövqünüzə uyğun dəyişməklə hansısa fiqurun alnmasından zövq almaq iş görmək anlamın gətirməməlidir. Əməli dönüş yaradılmalıdır. İnanıram ki, təhsilmizin başına gətirilmiş nazirmiz tezlikə bir dönüş yaradar..
P. S. Bəzi ümumtəhsil müəssisələri var ki, 9 cu sinifdən sonra, zəif oxuyan uşaqları müxtəlif yollarla məktəbdən yayındırir. Kimini peşə məktəbini təklif edir, kiminə başqa məktəbə keçməsini məsləhət bilib sənədlərin məktəbdən götüzdürür. Nəticədə, 20, 19 nəfərlik sinifdən 9 nəfər bu kimi basqılardan sonra sənədlərin götürürsə, yerdə 10, 11 nəfər şagird qalır. Onunda 7, 8 nəfəri ali məktəbə qəbula sənəd verib 5 nəfəri qəbul olursa bu məktəbin faiz göstəricisinə müsbət təsir edir və tədrisinin zəifliyin bununla ört - basdır edir. Nəticə, yenə savadsızlığ...

Elxas Comərd
"İxaTv.az" xəbər portalı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 47}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı