ixatv.az

Redaksiyamıza daxil olan şikayət məktubunu olduğu kimi sizlərin ixtiyarına veririk.

16-09-2020, 11:31

Redaksiyamıza daxil olan şikayət məktubunu olduğu kimi sizlərin ixtiyarına veririk.
Şikayətçi Əhədov Orxan Abuzər oğlunun yazdığı şikayət məktubunda bildirir ki, 2018-ci ildə Regional Sabirabad Aqrolizinq şöbəsindən bir ədəd NİVA SK5 markalı taxilbicən kombaynı götürmüşəm. Götürdükdən cəmi 15 gün sonra texnikanın muhərrikində ciddi noqsan yarandığına görə, idarəyə müraciət etdim. Yoxlama əsasında, texnikanın istehsal zamanı qüsurlu olduğu aşkar olunduğundan, texnikanı idarə əməkdaşlarından olan Teymur adlı şəxs həyətimizdən gəlib apardı. Və demək mənim Aqrolizinq ilə olan müqaviləyə xitam verildi. Yenidən 2019-cu ilin aprel-may aylarında mən Aqroliznqə yeni taxilbicən kombaynı üçün müraciət etdikdə, Bakı Baş İdarədən mənə 2500 manat borcum olduğunu dedilər. Mən də texnikanı aparan Teymura zəng edib, olanları necə olduğunu yenidən telefonda danışırdım, və bunun əsasında mənim adıma yazılan 2500 manat borcu sıldırım. Yenidən tamam əldən düşmüş, böyük təmirə ehtiyacı olan bir kombaynı mənə verdilər və mən gətirib həmin texnikanı təmir elətdirdim. İş zəif olduğu üçün bir ay ödəniş edib, texnikanı yenidən idayərə akt əsasında qaytardım. 2020-ci ildə getdim öz texnikanı götürüm, gördüm ki, mənim təmir etdiyim texnikanı bərbad günə salıblar. Mən də yenə kombaynı təmir edə bilməyəcəyimi dedikdə, mənə Məqatil Yusunov dedi ki, sən bu kombaynı apar işlət, aktla dəyişdiyini ehtiyat hissələrini dəyiş. Mən ərazi nümayəndəsinin iştirakı ilə akt əsasında kombaynı yenidən təmir elətdirdim.

Redaksiyamıza daxil olan şikayət məktubunu olduğu kimi sizlərin ixtiyarına veririk.

Bu il də bizim regionda hamıya məlumdur ki, su probleminə görə taxıl oldugca zəif oldu. Bu il taxıl demək olar ki, yox səviyyəsində oldu. Mən texnikanı yenidən Aqroliznqə qaytaranda, xəbər tutdum ki, 2018-ci ildə adıma yazılan və sonra silinən 2500manat borc və 2019-cu il üçün 3300 manat, 2020-ci il üçün isə 4000 manat borc yazıldığını xəbər tutdum. Deməli cəmi 9800 manat mənim adıma olmayan borc yazılıb. Mən bunu idarə rəhbərliyinə dedikdə, mənə kobud cavab verdi. Əcəb etmişəm, get əlindən nə gəlir et. Mən bura havayı vəzifəyə gəlməmişəm. Məqatil Yunusova rayonda müdafiə edən isə, icra başçısının birinci müavini Həsən Həsənovdur. Həsən Həsənovun rayonda Qəmlo ləqəbi ilə tanandigi isə heç kimə sirr deyildir. Rayonda demək olar ki, H. Həsənov hakimi-mutləqdir. Kimi hara istəsə ora təyin edir, haranı istəsə istədiyi adama satır.

P. S. Sahibkarın yazdığı məktubu biz işıqlandırdıq. Qarşı tərəfində mövqeyini dinləyib, işıqlandırmağa hazırıq.
Şeyx Babaoğlu.

İCTİMAİ XƏBƏR AGENTLİYİ
Redaksiyamıza daxil olan şikayət məktubunu olduğu kimi sizlərin ixtiyarına veririk.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 33}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı