ixatv.az

Atabəylərin xristian tarixi: türk-qıpçaqların slavyan və erməni-qriqorian özünütanımı...

19-09-2020, 11:24

Atabəylərin xristian tarixi: türk-qıpçaqların slavyan və erməni-qriqorian özünütanımı...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Namiq Atabeyli

(Фараджов Намиг Рашидович)

(Писатель-евразиец, бывший военный офицер СССР, бывший консультант службы пресс-секретариата Президента Азербайджанской Республики, автор исторических романов, поэт, верлибрист-теоретик, литературный критик)

 

 

Христианская история Атабеков: славянская и армяно-

григорянская идентификация туркских кипчаков…

Atabəylərin xristian tarixi: türk-qıpçaqların slavyan və

erməni-qriqorian özünütanımı...

BİRİNCİ HİSSƏ

Qafqaz xalqlarının mütərəqqi gələcəyi üçün mühüm əhəmiyyət daşıyan Böyük Sülhün hazırlanması naminə, hesab edirəm ki, mövcud psevdo-tarixlərə son qoyaraq, öz həqiqi keçmişimizi öyrənib bilməliyik...

Son illərin qanlı hadisələri aydın şəkildə göstərdi ki, "erməni–müsəlman münaqişəsi” kimi qələmə verilmiş hadisələrin arxasında, əsl həqiqətdə, heç də dini məqsədlər durmamışdır. Bu proseslərin gerçək hərəkətvericisi kənardan verilmiş impulsiv komandalardır: və onun top-menecerlərinin yeganə amacı Qafqazı Avrasiya geo-məkanından qopararaq, Avroatlantik məkana transfer etməkdir. Bu işlər indiyədək müxtəlif formatlara salınaraq davam etdirilir. Sual doğur: belə halda Qafqaz xalqları arasında Böyük Sülhə yol açamaq nə dərəcədə mümkündür?..

Mən Qafqazı Böyük Sülhə aparan yollardan birini gerçək tarixi həqiqətləri öyrənib bilməkdə görürəm, bu isə diletantların deyil, həqiqi ziyalıların işidir. Odur ki, akademik qələtlərə son qoyaraq, bütün sülhpərvər qüvvələrin birgə səyilə təcili olaraq saxta tarixçiliyin "paralel tarix quruculuğu” təcrübələrini elmin faktoral analizlər metodu ilə aradan qaldırmağın tərəfdarıyam.

Əvvəla, tarixə düzgün yanaşma prinsiplərimi irəli sürmək istəyirəm: mənim fikrimcə, ümumbəşəri hesab etdiyimiz Tarix, sözün həqiqi mənasında, İnsanlığın tarixidir. "İnsan” anlayışı isə heç də kiminsə hansı dinə və ya xalqa məxsusluğu deyil, ilk növbədə, kimin hansı ümumbəşəri sifətlərə malik olması deməkdir. Bir millətə və ya dinə mənsub olmaq hələ heç də İnsan olmaq anlamını vermir. Bəşəriyyəti II Cahan müharibəsinə düçar edərək, 50 milyon insanı məhvə sürükləmiş Adolf Hitlerin həm milləti, həm də dini vardı, amma İnsanlığı yox idi. Bu mənada, xalqları bir-birinə qarşı qoymaq, başqalarının haqqını tapdamaq, günahsız insanları öldürmək və talançılıq heç vaxt İnsanlıq sayılmayıb və bundan sonra da sayılmayacaq. İkinci prinsipim isə, kimin şəxsən ümumbəşəri dəyərlərə nəyi əlavə etməsi, dünyaya hansı mədəni-hümanitar və ya elmi-texnoloji nailiyyətləri gətirməsindən ibarətdir.

Dünya bir evdir: bəşəriyyət isə o evdə canlı aləmin yeganə şüurlu üzvüdür. XXI əsrdə oturaq sivilizasiyalara qarşı keçmiş barbar-köçəri tayfaların yəğmaçı baxışları ilə hücum çəkmək, əlbəttə, İnsanlıq hesab edilə bilməz. Şirvan Azərbaycanı üzərinə Monqolların, Qara və Ağ tatarların talançı tarixi yürüşləri xalqımızın başına necə müsibətlər açmışdırsa, bunun bəlalarından hələ də qurtulmamışıq... Mənim tarixi romanlarımda bu keçmişin acı səhnələri geniş təsvir edilmişdir.

İndiki çağın əsas mülki hüququ kimin harda, hansı ölkədə istəyirsə azadca mənzil alıb yaşamaq və vətəndaş olmaq haqqına söykənir. Nə qədər acı etiraf olsa da, çağdaş dünyamızda öz səadətini başqalarının haqq və hüquqlarını pozmaqla qurmaq istəyənlərin sayı həndəsi silsilə ilə artmaqda davam edir. Mən bunun yeganə səbəbini elmi-tenoloji biliklər və mədəni nailiyyətlər sahəsində şəxsi planda böyük uğurlar qazana bilməyənlərin ümumən bəşəriyyətdən intiqam almaq kimi heyvani istəklərində görürəm. Bu savadsız və nadan güruhlar tərəqqidən nə qədər geri qalırlarsa, bir o qədər də daha aqressiv olur, başqalarını bir-birinə düşmən etməyə və bu dünyada permanent Xaos və əbədi Münaqişələr yaratmağa can atırlar. Sözün böyük mənasında İNSAN (-M.Qorki) olanların vəzifəsi qaragüruhların deyil, İnsanlığın tərəfində durmaqdır!..

İndi isə əsas fikirlərimə qayıdıram: mən öz qıpçaq soy kokum etibarilə "ATABƏYLİ”-yəm. Kürdəmirin Sığırlı kəndinin Atabəyli obasında doğulmuşam. Məxsus olduğum etnik kök tarixən şaxələnərək, həm dini, həm də milli planda müxtəlifliklərə bölünmüşdür. Çağdaş dünyamızda elə bir xalq yoxdur ki, onun arasında qədim Qıpçaq xalqının üzvləri olmasın. Odur ki, Qafqazı Böyük Sülhə aparan yolda öz nəslimin gerçək tarixindən bəzi həqiqətləri yazıya almışam. Oxucuya təqdim edilən bu məqalə indiyədək oxuculardan gizlədilmiş fakt və düşüncələrimin bir hissəsidir.

 

Qafqaz xalqlarının şanlı tarixində mühüm rol oynamış kübar qıpçaq nəsillərdən biri də Atabəylər olmuşdur. Bunu kimsə inkar edə bilməz. Hərb və Dövlətçilik sahəsində böyük sərkərdələr və intibahçı padşahlar kimi tarixə düşmüş bu nəslin Qafqazda dinlər sahəsində də böyük tolerantlıq fəaliyyətləri olub: məhz bu fakt indiyədək qardaş xalqlar arasında dərin düşmənçilik toxumları səpmiş psevdo-ziyalılar tərəfindən tarix səhifələrindən silinib, insanlardan ciddi-cəhdlə gizlədilmişdir. Bu tarixi xəyanətkarlığın icraçılarının adını dilə gətirməyəcəyəm: onları erməni və müsəlmanların hər ikisinin sülhpərvər maarifçi üzvləri çox gözəl tanıyırlar. Bu gün Atabəylərin həmin tarixini restavrasiya edərək Qafqaza qaytarmaq ən vacib məsələlərdən biridir. Çünki bu bir Tarixdir: həm də anti-avrasiyaçı geosiyasi qüvvələr tərəfindən bir-birinə qarşı qoyulmuş qardaş xalqları Birləşdirən bir tarixdir!..

Bu, mühüm tarixi faktlardan biri Atabəylərin qıpçaq nəslinin həm Xristian, həm də Müsəlman keçmişə malik olmasıdır. Şirvan Azərbaycanında (çağdaş Azərbaycan Respublikası) "azərbaycan atabəyləri” kimi qələmə verilmiş bu nəslin "Müsəlman tarixi” Sovet İttifaqı Qəhrəmanı, görkəmli akademik mərhum Ziya Bünyadov tərəfindən müəyyən qədər araşdırılmış, ötən əsrin 70-80-ci illərində "Azərbaycan Atabəylər dövləti” adlı kitab şəklində nəşr edilmişdir. Lakin Ziya müəllim mövzunu yarımçıq saxlamış, atabəylər nəslinin yalnız bir "Azərbaycan və ya müsəlman faktoru” deyil, eyni zamanda bir "Xristian- Erməni, Gürcü və Rus faktoru” da olduğunu diqqətdən yayındırmışdır.

Bu məqalə məhz qardaş Qafqaz xalqlarının arasında yenidən Sülh və Birlik yaratmaq məqsədilə həmin məsələlərə aydınlıq gətirmək üçün nəzərdə tutulmuşdur.

Xristian Atabəylər dövləti məsihi xalqlar arasında daha çox "Atabəy yurdu” kimi tanınmışdır. Qafqazın gürcü və erməni xalqları bu dövləti "sa-Atabaqo” (-Atabəy Yurdu) kimi çağırmışlar. Mən paytaxtı Artvin olmaqla, 1268-ci ildən 1663-cü ilədək, təxminən dörd əsr sürmüş bu dövlətin siyasi xəritəsini sizə təqdim edirəm: bu dövlət tarixdə Axıska-Ərdahan-Artvin və Oltuda qurulmuş Xristian Atabəylər Hökuməti kimi tanınmışdır. Görkəmli türkoloq, XX əsr ABŞ Kolumbiya Universitetinin professoru Zəki Vəlidi Toğan həmin məsələ ilə əlaqədar yazmışdı: "Orta əsrlərdə Orta Kürün güeyində yerləşən və xristianlığı qəbul edən Qıpçaqlar, daha sonra 1208-ci ildə bir qüvvətli otruraq qövm olaraq, kənd və qəsəbələrdə yaşadılar. Anının şərqində Alagöz Dağının ətəyində onların (ermənidilli mənbələrdə "Qıpçaq monastırı” anlamını verən)” Qıpçaq-avanqadlı monastırı vardı. Elxani hökmdarı Abaka xanın zamanında (1265-1282) Axıska bölgəsində səhnəyə çıxan Xristian Türk Çıldır Atabəyləri ilə bu Qıpçaqların isamlaşması başladı…”

Xristian Atabəylər dövlətinin dörd əsrdən artıq tarixi ərzində hakimiyyət sürmüş hökmdarların siyahısı belədir:

1. Caklı Sargis. (1268-1285);

2. I Boka, Sargisin oğlu. (1285-1308);

3. II Sargis, I Bokanın oğlu. (1268-1285);

4. I Qorqora, II Sargisin oğlu. (1334-1361);

5. II Boka, I Qorqoranın oğlu. (1361-1391);

6. İvane, II Bokanın oğlu. (1391-1444);

7. Akbuğra, İvanenin oğlu. (1444-1451);

8. II Qorqora, II Bokanın oğlu. (1451-1466);

9. Bahadur, II Qorqoranın oğlu. (1466-1475);

10. Manuçöhr, II Qorqoranın oğlu. (1475-1487);

11. III Qorqora, Akbuğranın oğlu. (1487-1498);

12. I Keyxosrov, II Qorqoranın oğlu. (III Qorqoranın oğlu);

13. Mirzə Çabuk, Keyxosrovun oğlu. (1500-1516);

14. IV Qorqora, Keyxosrovun oğlu. (1516-1545);

15. II Keyxosrov, IV Qorqoranın oğlu. (1545-1573);

16. V Qorqora, II Keyxosrovun oğlu. (1573-1578);

17. II Manuçöhr (-Mustafa Paşa), II Keyxosrovun oğlu. (1578-1582);

18. III Manuçöhr, II Manuçöhrin oğlu. (1614-1625);

19. III Baka (-Səfər Paşa), II Manuçöhrin oğlu. (1625-1652);

20. I Yusif Paşa, Səfər Paşanın oğlu. (1635-1647);

21. Rüstəm Paşa, Ömər Paşanın oğlu. (1647-1663...

İzah verim ki, bəzi tarixçılər müəyyən siyasi asılılıqları nəzərə alaraq, II Keyxosrovun oğlu V Qorqoradan (1573-1578) sonra, paytaxtı Artvin olan "Atabək Yurdu” xristian Qıpçaq dövlətinin öz varlığını başa vurmuş hesab edirlər. Onu yalnız Osmanlı dövləti daxilində bir bəylərbəylik kimi qəbul etməyi daha düzgün sayırlar. Məncə, bu məsələ ciddi araşdırma mövzusudur və hələ xeyli mübahisəlidir...

Qıpçaq-kəngərli tayfalarının Şirvan Azərbaycanı ərazisində son məskunlaşması tarixində elm üçün qaranlıq heç nə yoxdur. Belə ki, XII əsrin üçüncü onilliyində Dərbənddə varyaqlar üzərində zəfər çalmış Şirvanşah III Mənuçöhr tərəfindən qıpçaq sərkərdəsi Qara Bəyin başçılığı altında indiki Naxçıvan ərazisində 200 min əsir Qıpçaq-Kəngərli əhalisi yerləşdirilmiş və onlar üçün burada "Qarabəylər” (-Qarabağlar) adlandırılan böyük bir şəhər salınmışdır. Bu tarix Naxçıvanın ən qədim memarlıq abidələri siyahısına salınmış Qarabağlar kompleksində Qoşa minarələrin üzərindəki kitabədə dəqiqliklə qeyd edilmişdir. XVII əsr tarixçisi Övliya Çələbi öz "Səyahətnamə”sində Şirvanşah III Mənüçöhr tərəfindən salınmış həmin şəhərin Osmanlı ordusu tərəfindən tamamilə dağıdıldığını xəbər vermişdir. Deməli, həmin qıpçaq-kəngərlilər dağıntıdan sonra əksəriyyətlə Araz çayı ətrafına yayılaraq, indiki Qarabağ bölgəsinə kimi gəlib çıxmışlar... "Qarabağ” etnotoponiminə qədər bu ərazi dağ və düzən Arran və ya Ağvan olaraq tanınmışdır. Bu ərazi Alban-Mehranilərədək Arranşahlar tərəfindən idarə olunmuşdur. Nədənsə, Adurbadaqan tarixçiləri parfiya əsilli Arranşahlar sülaləsinin hakimiyyətini araşdırmaqdan tamamilə çəkinərək, onu Şirvanşünaslıq əleyhinə icad etdikləri "Albanşünaslıq tarixi”nin içərisində əritməyi daha münasib bilmişlər.

Qədim massaget-sak Zəngi torpağı olmuş Naxçıvanı siyasi-inzibati mərkəzə ilk dəfə Azərbaycan Atabəylər dövlətinin dahi qurucusu Şəmsəddin Atabəy Eldəniz çevirmişdir. Atabəy Eldəniz Səlcuqlu İslam Dövlətinin Xilafət ordusunun Baş komandanı və paytaxt Bağdadın Komendantı (-indiki dillə Meri) vəzifələrini icra etdikdən sonra, 1136-cı ildə Ərməniyyə və Arrana canişin göndərilmiş, lakin az sonra Səlcuqlu sülaləsinin siyasi süqutunu hiss edərək, indi şimallı-cənublu "Azərbaycan” adlanan ərazidə Azərbaycan Atabəylər Dövlətinin istiqlaliyyətini elan etmişdir. Bundan əlavə, o, öz hakimiyyətinin siyasi təsirini artıraraq, son Səlcuq padşahı-oğulluğu Sultan III Toğruldan etibarən bütün İslam xilafətini müstəqil AZƏRBAYCAN DÖVLƏTİndən asılı vəziyyətə salmışdır. Hakimiyyətinin siyasi-coğrafi ərazisini genişləndirən Atabəy Şəmsəddin Eldəniz öz dövlətinin paytaxtını Bərdə-Gəncə-Naxçıvan-Təbriz-Həmədan istiqamətində dəyişmək yolu ilə Azərbaycan dövlətini qısa müddətdə daşıdığı adın coğrafiyası ilə ehtiva etməyi bacarmışdır. Xarəzimşah Cəlaləddin Mənqiburunun Azərbaycan üzərinə yürüşünədək Naxçıvan vilayətinin hakimi Atabəy Eldənizin ilk qız nəvəsi Cəlaliyyə Xatun ümbül Atabəy Cahan Pəhləvan olmuşdur.

Tarixi faktlar aydın şəkildə göstərir ki, Böyük Atabəyin siyasi məramı yalnız Azərbaycan-İslam dünyası ilə məhdudlaşmamışdır. Məhz Ərməniyyə Müsəlman Zəngi Dövlətinin yenidən bərqərar edilməsi də onun tarixi xidmətlərindən biri idi. İslam fütuhatından sonra Ərməniyyəyə ilk müsəlman Zəngi-massaget hakimi təyin edən Atabəy Eldəniz demişdi: "Onun buna haqqı çatır. Çünki Ərməniyyə zəngilərin vətənidir.” Bildiyimiz kimi, Zəngilər qıpçaq kökənli Turani əhali olub, Massaget xaqanı Böyük Tomrisin xalqıdır. Elə buna görə də, Tomris miladdan altı əsr öncə sərhəd Araz çayını keçərək, onun oğlunu öldürmüş ilk İran şahı Kirin (-Kirius, Kiruş) başını kəsərək, məhz Araz çayına atmışdır. Zəngəzur, Zəngilan, Zəngibasar, Zəncan, Zəngəçal, Zəngibar, Zəngibut və s. kimi böyük ərazi-inzibati quruluşlar sübut edir ki, Şərqdə massaget-qıpçaq xalqının yayılma arealı çox geniş olmuşdur.

(Piter Paul Rubensin "Tomris əfsanəsi”

rəsmi. Əhməni şahı Kirin başının kəsilməsi.)

Onu da qeyd edim ki, dövlət qulluğundan yenidən peşəkar jurnalistikaya qayıtdığım dövrdə yazıb dərc etdirdiyim ilk məqalələrdən biri "Sultan Səlahəddini yenmiş xatun: Ərmənşah Zübeydə Atabəyli” olmuşdur.

Qafqazda mifik-tarixi etibarilə 4000 İllik ömrü olmuş Şirvanşahlar Dövlətinin istər müsəlman, istərsə də xristian əhalisinin böyük əksəriyyəti Zəngi tayfaları olmuşlar. Müsəlman-Kəsranilər Şirvanşahlığında da daim iki bir-birinə qarşı duran qüvvə yadelli Deyləmi-Gilanilərlə yerli Turani-Zəngilər idilər. Bu gün el arasında nədənsə Zəngiləri daha çox "dağlı” (kord) anlayışını verən Kürd kimi çağırmağı sevirlər. Lakin onları, yəni turani əsilli Zəngiləri əsla atəşpərəst-yezidilərin "kürd” etnonimi ilə qarışıq salmaq olmaz. Onların xristian hissəsinə də "erməni”, yaxud "alban” deməyin elmi tarixşünaslıq baxımından heç bir mənası yoxdur. Yezidilərin Hind mənşəli olması çoxdan sübut edilmiş bir məsələdir. Yunan və Roma qədim elmi mənbələrində "alban” və "Albaniya” kimi çağrılmış Şirvan kilsələri turani-zəngi xalqının bir müddət xristianlığı qəbul etmiş hissəsinin dini abidələri olmuşdur. Bunların əksəriyyəti İslamın qəbulundan sonra "pir” kimi sitayiş yeri sayılmışdır.

Tarixşünaslıqda nə qədər ki, "Şirvan xristian icması” və "Şirvan kilsələri” sözləri yasaqlanmışdır, deməli, Türk-qıpçaq məsihiliyi də kölgə altında qalaraq, yaddaşlardan silinəcəkdir. Bu isə Türk Xristianlığı tarixinə vurulmuş ən ağır zərbə deməkdir. Roma Papasının məsihi missionerlərinin Rusiya qıpçaqları üçün hazırlatdığı dünyaca məşhur "Kodeks Komanenius” dini abidəsi Dəşti-Qıpçaqın bir-başa Şirvan xristian dünyasına uzantısından başqa bir şey deyildir. Mənim qəti fikrimcə, tarixşünaslıqda xristian qıpçaq Atabəkiyyə problemi də Rus provaslaviyasından daha çox, Şirvanşahların məsihi tarixi ilə bağlı bir məsələdir. Bu problemi "albanşünaslıq” çərçivəsində həll etmək mümkünsüzdür.

Bildiyimiz kimi Şirvan (-alban) Apostol kilsəsi Şərq kilsələri içərisində ən qədim hesab olunur. Şirvanın Arran vilayətinin ilk yepiskopu Maarifçi Qriqoridən etibarən Qafqazda xristianlıq sürətlə yayılmağa başlamışdı. Şir tinətlilər ölkəsinə həvarilərin (-apostolların) ilk gəlişi arami Müqəddəs Faddey, Müqəddəs Varfolomey və Müqəddəs Yelisey (-Elişe) ilə bağlıdır. IV əsrə kimi sürmüş bu mərhələ suriyanipərəst-aramey dövrü adlandırılır. İkinci mərhələ isə Maarifçi Qriqorinin və Qıpçaq-alban hökmdarı Urnayrın adı ilə bağlı Yunanpərəst dövr hesab edilir. Erməni qriqoryan kilsəsindən fərqli olaraq, Şirvan (-Alban) apostol kilsəsi mənşəyinə görə Yerusəlim patriarxlığı ilə bağlı idi. Həvari (aramey) Müqəddəs Yelisey tərəfindən I əsrdə (74-cü ildə) tikilmiş xristian Kiş (-indiki Şəki rayonu ərazisindədir) məbədi bütün Qafqazda ən qədim kilsədir və Şərq kilsələrinin anası sayılır.

 

...Bu kiçik tarixi gəzintidən sonra, Atabəylər mövzusuna qayıdaraq demək istəyirəm ki, Böyük Atabəy (-Şəmsəddin Eldəniz) Dərbəndin hərrac bazarında azyaşlı ikən qul kimi satılmış bir xristian qıpçaq uşagı idi. "el-Tenqiz” ismi onun əcdadlarının öz kökü etibarilə tolerant Xəzər Yəhudi Dövlətində yaşamış bir xristian qıpçağı olduğunu təsdiqləməyə imkan verir. Şəmsəddin Eldənizin Dərbəndin Hərrac bazarına necə gəlib düşməsi ciddi araşdırma mövzusudur. Məncə, bunun daha düzgün cavabı həmin dövrün Səlib müharibələri fonunda verilə bilər. Bu hadisə eynilə İbrahim Əli oğlu Xaqani Şirvaninin Toqatlı məsihi anasının taleyi ilə üst-üstə düşür. O dövrlərdə Dərbənd, Qaffa və Genuya bazarlarında əsasən əsir götürülmüş xristian qıpçaqlar hərraca çıxarılıb müsəlman və yəhudi tacirlər tərəfindən alınıb satılırdı... Təəssüf ki, ticarət tarixi elmləşmədiyindən bu kimi məsələlər hələ də qaranlıq qalmışdır. Atabəylik institutu, ilk mərhələdə, ünlü kral və xaqan uşaqlarına Hərb sənətini öyrədən müəllim anlamını vermişdir. Azərbaycanın ilk atabəyi də, Səlcuq sultanının oğluna hərb sənətini öyrədən biri olmuşdur.

Gürcü Baqrationilər qonşu Moskva-Ruriklər knyazlığının gənc üzvü Yuri Boqolyubski ilə gürcü çariça Tamara Baqrationinin izdivacını pozaraq, çariçanı osetin David Soslan ilə evləndirərkən, rus knyazını Gürcüstanı tərk etməyə məcbur etmişlər. Moskva şəhərinin binasını qoymuş Vladimir-Suzdal knyazlığının başçısı Andrey Boqolyubskinin oğlu Yuri Andreyeviç Boqolyubski qısa Konstantinopol mühacirətindən sonra, yaşamaq üçün Vətən olaraq məhz Azərbaycan Atabəylərinin paytaxt şəhəri Gəncəni seçmişdi. Ona Atabəylər dövlətinin başçısı Əbubəkr Eldəniz yaaşamaq üçün hər cür şərait yaratmışdı. Bunun bir səbəbi knyaz Yuri Boqolyubovskinin anasının bir qıpçaq qızı olması idisə, digər mühüm səbəbi də Gürcü Sarayının tez-tez səngər dəyişərək Provaslav Bizansa və Rusiyaya qarşı Katolik Roma Papasının Səlib cəbhəsində yer tutması idi. Gənc rus knyazına Atabəylər dövlətində hər cür maddi şərait yaradılmış, hətta Gürcüstan taxtına yenidən oturmaq üçün hərbi yardımlar da edilmişdir. Tarixdən o da məlumdur ki, Yuri Boqolyubskinin Gürcü taxtına yenidən yiyələnmək cəhdi uğurla nəticələnməmişdir... 1190/91-ci ildə o, öz tərəfdarları ilə Kutaisiyədək gəlib çıxaraq, Qequti sarayında tac qoyma mərasimi keçirmiş, lakin tezliklə məğlubiyyətə uğrayaraq, əsir düşmüşdü. Lakin Tamara sabiq ərini bağışlamış, o isə qıpçaq-kəngərli yurdu olan Arranın baş şəhəri Gəncəyə gəlmiş, Azərbaycan Atabəylər dövlətinə sığınmışdı. Deməli, Yuri Boqolyubsini qoruyan hissə- Arran qıpçakları idisə, məğlub edənlər də bir zaman çar Qurucu David tərəfindən Dəşti-qıpçaqdan Gürcüstana özünün Qıpçaq xanımı Quranduxt ilə birlikdə cehiz kimi gətizdirdiyi müsəlman qıpçaqlar olmuşlar. Bu hadisələr kinossenarist Merabi Qedevanovun "Царица Тамара и Юрий Боголюбский” əsərində, habelə Aleksandr Voinovun "Тамара и Давид” romanında geniş işıqlandırılmışdır. Əlbəttə, provaslav rus knyazının məhz Azərbaycan Atabəylər dövlətinə sığınması təsadüfi xarakterli olmamışdır. Bu inamın kökündə Atabəylərin mənşəcə, Rusiyanın provaslav məzhəbli qıpçaq əhalisi içərisindən çıxması idi: bu tarixi fakt Azərbaycanın qıpçaq Atabəyləri ilə Moskva (-Vladimir) Rus knyazlığı arasındakı tarixi əlaqələrin yeidən öyrənilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Şirvanşahlar Dövlətindən qoparılmış qədim Arran vilayətində İslam fütuhatından sonra ilk xristian abidələrinin tikilməsi haqqında Fərman verən padşah da Atabəy Şəmsəddin Eldəniz olmuşdur. Böyük Atabəy nəinki Kilsə tikilməsi üçün icazə vermiş, hətta onun ətrafındakı geniş əraziləri də Arran (-alban, ağvan) xristian-provaslav icmasına vəqf torpaqları olaraq bağışlamışdır. Bu mövzu akademik Ziya Bünyadovun məlum əsərində az da olsa, işıqlandırılmışdır. Lakin yetərli deyildir.

"Kitabi-Dədə Qurqud” dastanında (baxmayaraq ki, bu dastanı məşhur rus şərqşünası Bartold "paralel tarix” yapısı hesab edərək, monqol dastanı saymış və onun ilkin variantının Monqol xanlarının vəziri (Şirvanşahların kürəkəni) Rəşidəddin tərəfindən yazıya alındığını irəli sürmüşdür.

X-XII əsrlərə aid edilən bu Dastanda bir-biri ilə mübarizə aparan iki cəbhə vardır: Xristian Qıpçaq Məlik bəy və Müsəlman Oğuz Qazan xan. Dastanı araşdırmış alimlərdən Kamil Vəliyev, Tofiq Hacıyev və b. onun leksik tərkibində "erməni” sözləri olduğunu qeyd etmişlər. Alimlərimiz həmin leksemlərin Sibir türklərinin də dilində işlədildiyini bildirərək, Erməni xalqının Sibirədək necə gedib çıxdığından təəccübləndiklərini bildirmişlər. Əslində, bu sözlərin "erməniləşmiş” Qıpçaklara məxsus olması onların ağlına gəlməmişdir?!

Bəzi tarixçi alimlər isə "Alban” sözünün ifasında yunan izləri axtararaq, onun gerçək elmi izahından çəkinirlər. Bildiyimiz kimi "r, l, ğ/q” hərfləri qədim Arran adında "r” samitinin məxrəc dəyişikliyindən savayı bir şey deyil: aran, alban, ağvan... Eyni vəziyyət Qədim Xəzər dövləti ilə Şirvanşahlar dövlətinin sərhədində yaradılmış azad bazar zonası sayılan "Çöl” şəhərinə də aiddir: Çöl, Çora, Çoğa...

Tarixə yalnız tərəfsiz elmi rakursdan yanaşmaqla xalqımızın ədəbiyyatında Fərhad-Şirin, Əsli-Kərəm, Şeyx Sənan-Xumar xristian-müsəlman məhəbbətinin nədən bu qədər ilahiləşdirildiyini başa düşmək mümkündür. Mənim "Şirvanşahlar” saqamın ikinci tarixi romanı "Şirvanşah Şeyx İbrahim Dərbəndi”-nin ikinci cildi onun "Hökmdarlıq illəri” adlanır. Burada şirvanlı şair İmadəddin Nəsiminin xristian-erməni qızına məhəbbəti geniş təsvir edilmişdir. Mən dahi Nəsiminin bu ilahi məhəbbətini onun "Erməni” rədifli qəzəlinə əsaslanaraq yazmışam. Burada "erməni” sözü milli-etnik deyil, dini-məzhəb ayrılığını ifadə etmişdir. Deməli, şairin ilk və son məhəbbəti xristian qıpçaq qızına bağlı idi və o da öz sələfləri-Fərhad və Kərəm kimi eşqində uğursuzluğa düçar olmuşdur. "Qibləmdə İnsan vardır!” devizi ilə çıxış edən Şirvan şairi Şeyx İmadəddin Nəsiminin şirvanlı erməni-qıpçaq qızından savayı, daha heç bir qadına özəl şeir yazdığını görmürük:

Dədimənd etdin məni, ey dərdə dərman, erməni!

Olmuşam eşqin yolunda bəndəfərman, erməni!

 

Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,

Cənnəti hurimisən, yosa ki rizvan, erməni?!

 

Anca kim səy eylədim nazik camalın görməyə,

Zərrəcə yumşalmadın, ey könlü zindan, erməni!

 

Örtgil ol ay üzünü kim, çeşmi naməhrəm görər,

Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni.

 

İsayi-Məryəm həqiçün heç qərarım qalmadı,

Didəmi giryan edərsən, bağrımı qan, erməni!

 

Qorxuram mən dərvişə sən deyəsən: "Din tərkin et!..”

Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni.

 

Harda bir Xaç əhli varsa, hamısın seyr eylədim,

Bulmadım mən sən təki bir canı-canan, erməni!

 

Bir sual etdi NƏSİMİ sən büti-mehparədən,

Lütf ilə söyləşə gör, ey ləli-xəndan, erməni.

 

 


Atabəylərin xristian-provaslaviyası ilə bağlantıları üzərində düşünərkən, ilk Böyük Azərbaycan dövləti Atabəkiyyənin Rusiya ilə tarixi əlaqələrini də yaddan çıxarmaq olmaz. Bildiyimiz kimi, XII əsrdə Gürcü çarı IV (Qurucu) Davidin sülaləsi kimi tarixə qədəm qoymuş Baqrationilər nəsli ilə Azərbaycan Atabəylərinin qarşılıqlı əlaqələri həm sülh, həm də müharibələr ilə müşayiət olunmuşdur.

Əri III Mənuçöhrün 1160-cı ildə qəfil ölümündən sonra, Şirvanşahlar Dövlətini qonşu gürcü çarlığına birləşdirməyə cəhd etmiş şahbanu Tamar David qızı Baqrationinin öz vəliəhd oğluna qarşı dövlət çevrilişinin qarşısını almaqla, Böyük Axsitanı Şirvan taxtına otuzduran Atabəy Şəmsəddin Eldənizin syasi mövqeyi, heç şübhəsiz ki, Ümumsəlib yürüşlərinə qarşı Ümumislam mövqeyi baxımından başa düşülməlidir. Lakin bu tarixi fakt heç də Azərbaycan Atabəylərinin Xristian-provaslav dünyasına qarşı qərəzli və düşmən mövqedə durduğunu əks etdirmir.

Gürcü Baqrationilər qonşu Moskva-Ruriklər knyazlığının gənc üzvü Yuri Boqolyubski ilə gürcü çariça Tamara Baqrationinin izdivacını pozaraq, çariçanı osetin David Soslan ilə evləndirərkən, rus knyazını Gürcüstanı tərk etməyə məcbur etmişlər. Moskva şəhərinin binasını qoymuş Vladimir-Suzdal knyazlığının başçısı Andrey Boqolyubskinin oğlu Yuri Andreyeviç Boqolyubski qısa Konstantinopol mühacirətindən sonra, yaşamaq üçün Vətən olaraq məhz Azərbaycan Atabəylərinin paytaxt şəhəri Gəncəni seçmişdi. Ona Atabəylər dövlətinin başçısı Əbubəkr Eldəniz yaaşamaq üçün hər cür şərait yaratmışdı. Bunun bir səbəbi knyaz Yuri Boqolyubovskinin anasının bir qıpçaq qızı olması idisə, digər mühüm səbəbi də Gürcü Sarayının tez-tez səngər dəyişərək Provaslav Bizansa və Rusiyaya qarşı Katolik Roma Papasının Səlib cəbhəsində yer tutması idi. Gənc rus knyazına Atabəylər dövlətində hər cür maddi şərait yaradılmış, hətta Gürcüstan taxtına yenidən oturmaq üçün hərbi yardımlar da edilmişdir. Tarixdən o da məlumdur ki, Yuri Boqolyubskinin Gürcü taxtına yenidən yiyələnmək cəhdi uğurla nəticələnməmişdir... 1190/91-ci ildə o, öz tərəfdarları ilə Kutaisiyədək gəlib çıxaraq, Qequti sarayında tac qoyma mərasimi keçirmiş, lakin tezliklə məğlubiyyətə uğrayaraq, əsir düşmüşdü. Lakin Tamara sabiq ərini bağışlamış, o isə qıpçaq-kəngərli yurdu olan Arranın baş şəhəri Gəncəyə gəlmiş, Azərbaycan Atabəylər dövlətinə sığınmışdı. Deməli, Yuri Boqolyubsinin qoruyan hissə- Arran qıpçakları idisə, məğlub edənlər də bir zaman çar Qurucu David tərəfindən Dəşti-qıpçaqdan Gürcüstana özünün Qıpçaq xanımı Quranduxt ilə birlikdə cehiz kimi gətizdirdiyi müsəlman qıpçaqlar olmuşlar. Bu hadisələr kinossenarist Merabi Qedevanovun "Царица Тамара и Юрий Боголюбский” əsərində, habelə Aleksandr Voinovun "Тамара и Давид” romanında geniş işıqlandırılmışdır. Əlbəttə, provaslav rus knyazının məhz Azərbaycan Atabəylər dövlətinə sığınması təsadüfi xarakterli olmamışdır. Bu inamın kökündə Atabəylərin mənşəcə, Rusiyanın provaslav məzhəbli qıpçaq əhalisi içərisindən çıxması idi: bu tarixi fakt Azərbaycanın qıpçaq Atabəyləri ilə Moskva (-Vladimir) Rus knyazlığı arasındakı tarixi əlaqələrin yeidən öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Gürcü qonşuların keçmişinə təkrar qayıtmaqla, həmin tarixə qısa bir səyahətə çıxmaq pis olmazdı: "В 6683 (1175) году новгородцы изгнали («выведоша») своего князя и посадили Святослава Мстиславича. Согласно «Истории Российской» Татищева, суздальские бояре решили призвать из Новгорода Юрия Андреевича, но до того времени, пока он не повзрослеет, княжить должен Михаил Юрьевич. Как отметил еще Н. М. Карамзин, сведения Татищева в сохранившихся летописях отсутствуют. Во время войны Михаила и Всеволода Юрьевичей против их племянников Мстислава и Ярополка Ростиславичей Юрий Андреевич находился в войске владимирцев , однако в большинстве летописей, кроме Ипатьевской, этот факт не упоминается. Дальнейшая судьба Юрия известна лишь из грузинских и армянских источников (причём грузинские источники даже не упоминают имени княжича). Согласно историографу царицы Тамары, Всеволод Юрьевич изгнал своего племянника из княжества, и тот бежал к половцам. Когда в 1185 году после смерти грузинского царя Георгия на престол взошла его дочь Тамара, на государственном совете (дарбази) решено было выбрать ей мужа. Тогда вельможа Абул-Асан заявил: «Я знаю Царская власть царевича, сына великого князя русского Андрея; он остался малолетним после отца и, преследуемый дядей своим Савалатом, удалился в чужую страну, теперь находится в городе кипчакского царя Севенджа». Кандидатура жениха была одобрена, причём нужно учитывать, что тётка Тамары, царевна Русудан, обладавшая влиянием при дворе, в своё время была женой киевского князя Изяслава Мстиславича. Купец Занкан Зорабабели отправился к половцам и привёз оттуда княжича Юрия, «юношу доблестного, совершенного по телосложению и приятного для созерцания». Согласно И. А. Джавахишвили, Юрий прибыл в Грузию в конце 1185 года.”

Lakin sonrakı mərhələdə, bu başı bəlalı rus knyazına qarşı Gürcü sarayında ziddiyyətlər ortaya çıxır: bir qrup Saray əhli Yuri Andreyeviçi uzaqlaşdırıb, çariça və taxt-tacı başqasına vermək üçün mübarizəyə başlayır. Bu "başqası” isə gənc osetin kübarı David Soslan idi.

Tamaradan ayrılan Yuri Andreyeviç Boqolyubski Gürcü Sarayındakı əleyhdarlarına qarşı mübarizəni davam etdirmək fikrindən geri çəkilmir. Tarixi mənbələrdə bu hadisələr belə təsvir edilmişdir: "Согласно армянскому (-албанскому) историку Мхитару Гошу, «царство грузинское находилось в волнении, ибо Тамара, дочь царя Георгия, оставила первого мужа, сына царя рузов, и вышла замуж за другого мужа из аланского царства, именуемого по материнскому родству Сосланом…». Через несколько лет, вернувшись из Константинополя, Георгий прибыл в Карну-Калак (Эрзерум), где к нему присоединились многие грузинские вельможи с войсками: Абул-Асан, министр двора Вардан Дадиани, владетель Кларджети и Шавшети Гусан, Боцо Самцхийский (в 1190 или 1191 году) . Сторонники Юрия заняли Кутаиси, и он был коронован во дворце Гегути, его сторонники совершали набеги до самого города Гори. Однако в ходе развернувшихся военных действий армия, верная царице Тамаре, во главе с Захарией и После изгнания Иванэ Мхагрдзели (Долгорукими) Закарянами, одержала победу в битве на Ниальской равнине. Георгий попал в плен, но был прощен и отпущен вместе с сыном Вардана Дадиани Иваном. Однако вскоре он решил продолжить борьбу за власть и женился на половецкой княжне. Георгий отправился к Абу-Бекру, атабеку Азербайджана, который выделил ему земли в Арране. С войсками Гянджи и Аррана в 1193 году он вторгся в Кахетию и разорил долину Алазани, но отряд Сагира Махателисдзе разбил его. Георгий бежал, и его дальнейшая судьба неизвестна. По гипотезе С. Т. Еремяна, он был погребен в церкви Лурдж-монастери (Иоанно-Богословской) в Тбилиси.

Şirvan kilsələri və xristian icmalarının tarixi Ümumqafqaz tarixinin, o cümlədən Azərbaycan tarixinin mühüm bir hissəsidir. Onun doğru-düzgün araşdırılması bölgədə baş verənlərin vaxtında aydınlaşdırılmasında böyük önəm daşıyır.

İstər Şirvanşahlar dövlətinin, istərsə də Azərbaycan Atabəylər dövlətinin siyasi tarixində mühüm pollar ounamış Zəngi-massaget tayfalarının bu yerlərdə qədim tarixini araşdırmış dilçi alim professor Firudin Ağasıoğlunun fikrincə, "yazılı mənbələr miladdan öncə III-I minilliklərdə Ön Asiyada Subar, Aratta, Kut, Turak (Türk), Kumuk, Kuman, Alban, Aran, Saka, Kaspi, Ermən, Bars, Padar, Azar (Azər), Qamər, Gögər, Qarqar, Saqi-but Zəngi boyu, Kaşqay, Urmu, Kızıl-bud (Kızıl boyu), Polad və b. Siyasi qurumların (bölgə, ölkə, şəhər, dövlət, bəylik) adını çəkir ki, bunların əksəriyyəti türk etnonimləridir.”

Qafqazda və Ön Asiyada zaman-zaman müxtəlif dini parçalanmalara məruz qalmış Zəngi-massaget tayfaları burada yaşayan digər xalqların da azadlıq tarixinə xeyli şanlı səhifələr yazmışlar. Məsələn, Səlib müharibələri dövründə Urfa Səlib kontluğu (1118-1146) Zəngilər dövlətini ikiyə ayıran bir vəziyyətdə və ticarət yolu üzərində çox mühüm mövqedə yerləşirdi. İncə bir siyasətlə Xristianları bir-birindən ayırıb, Səlibçilər arasındakı təfriqədən istifadə edən Zəngilər "katoliklərdən məmnun olmayan ermənilərin” dəstəyi ilə 1144-cü ildə Urfanı ələ keçirmişdilər. Onların bu zəfəri bütün İslam dünyasını sevincə qərq etmişdi. Bütün bu kimi faktlar aydın şəkildə göstərir ki, "erməni-müsəlman münaqişəsi” heç də əbədi xarakterli deyildir. Bu, dünya katolizminin uydurduğu bir əfsanə və ya siyasi fitnədir.

Tarixşünaslıqda nə qədər ki, "Şirvan xristian icması” və "Şirvan kilsələri” sözləri yasaqlanmışdır, deməli, Türk-qıpçaq məsihiliyi də kölgə altında qalaraq, yaddaşlardan silinəcəkdir. Bu isə Türk Xristianlığı tarixinə vurulmuş ən ağır zərbə deməkdir. Roma Papasının məsihi missionerlərinin Rusiya qıpçaqları üçün hazırlatdığı dünyaca məşhur "Kodeks Komanenius” dini abidəsi Dəşti-Qıpçaqın bir-başa Şirvan xristian dünyasına uzantısından başqa bir şey deyildir. Mənim qəti fikrimcə, tarixşünaslıqda xristian qıpçaq Atabəkiyyə problemi də Rus provaslaviyasından daha çox, Şirvanşahların məsihi tarixi ilə bağlı bir məsələdir. Bu problemi "albanşünaslıq” çərçivəsində həll etmək mümkünsüzdür.

 

(I Hissənin sonu, ardı növbəti nömrədə)

 

Atatv.az



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 41}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı