ixatv.az

“Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxılır

23-10-2020, 11:57

“Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxılır“Azərpoçt” MMC tərəfindən “Qarabağ Azərbaycandır!” mövzusunda markalı zərflər dövriyyəyə buraxılıb.

“Azərpoçt” MMC-dən verilən məlumata əsasən, zərflərin üzərində Azərbaycan xəritəsi, Azərbaycan və ingilis dillərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Üz tərəfin fonunda isə hərbi kamuflyaj təsvir edilib.

Sözügedən zərflər sadə, sifarişli və sifarişli-xəbərnaməlidir. Sadə zərflərin markasında işğaldan azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü, sifarişli zərflərin markasında Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən və 1314-cü ilə aid Qutlu Musa türbəsi, sifarişli-xəbərnaməli zərflərin markasında isə Şuşa şəhərinin gerbi təsvir olunub.

Qeyd edək ki, zərflərin dizaynı “Azərmarka” MMC-nin əməkdaşı Anar Mustafayev tərəfindən hazırlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 16}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı