ixatv.az

Namiq Atabəyli - Erməni faşizminin sonu: Nikol Paşinyan

23-10-2020, 14:03

 Namiq  Atabəyli - Erməni faşizminin sonu: Nikol Paşinyan Namiq Atabəyli
(Avrasiyayönümlü yazıçı-publisist)
Erməni faşizminin sonu: Nikol Paşinyan
III YAZI
Müasir kateqorial anlamda, Müharib
ə ən azı 1000 nəfərin ölümünə səbəb olmuş dövlətlərarası silahlı münaqişəyə deyilir. Beynəlxalq təhlükəsizliyin “demokratik dünya” nəzəriyyəsinə görə, bir xalq və ya dövlət nə qədər qeyri-demokratikdirsə, orda müharibə təhlükəsi də bir o qədər yüksəkdir. Məsələn, ötən əsrdə baş vermiş bir çox hərbi münaqişələri məhz bu prizmadan izah etmişlər: Yunanıstan və Türkiyə arasında Kipr adası üstə gedən qısamüddətli savaş hər iki ölkədə demokratiyanın tamamilə geriliyi, Folklend adaları üstə İngiltərə ilə Kanada arasındakı savaşı isə tərəflərdən birində demokratiyanın kifayət qədər inkişaf etməməsilə əlaqələndirmişdi.  Namiq  Atabəyli - Erməni faşizminin sonu: Nikol Paşinyan
Əlbəttə, məsələyə bu prizmadan yanaşmada primitivlik göz qabağındadır. Qafqaz ölkələrində SSRİ-nin dağılmasından sonra yaradılmış institusional idarəçilik qurumları, demək olar, tamamilə eynidir: azad bazar yönümlü respublika idarə üsulu. Bəs, Beynəlxalq Təhlükəsizlik Təşkilatlarının- BMT, ATƏT, NATO, MDB KTŞ və sairin 30 il ərzində “milli münaqişə” formatına saldığı Ermənistan-Azərbaycan müharibəsini hansı tərəfin “ tam demokratik” və ya “az demokratik” olması ilə izah etmək olar?..
Mənim I Yazımın sonluğunda İtaliya filosofu Nikola Makiavellinin “Hökmdar” əsərindən bir stat gətirilmişdir: “Hökmdar müharibədən, hərbi sərəncamlardan və hərbi elmdən savayı heç nə ilə məşğul olmamalı, başını digər fikirlər, qayğılar, işlərlə yormamalıdır. Çünki yalnız Müharibə yeganə sahədir ki, hakimiyyət öz məsuliyyətini ölkədə başqalarının üzərinə yıxa bilir...”(Seç. əsərləri. Moskva-1982, səh.: 342). Təəssüf ki, sondakı “bilir” leksemi korrektura səhvidir: “bilmir” yazılmalı idi. Mən bu iki dəyişik fikrin üzərində düşünərkən, onlardan hansının daha düzgün olmasını özüm üçün aydınlaşdırmağa çalışdım. Məlum oldu ki, indiki Tarixi şəraitdə əgər Nikola Makiavelli sağ olsa idi, o da öz fikrini “müharibə yeganə sahədir ki, hökmdar öz məsuliyyətini başqalarının üzərinə yıxa bilir” kimi yazardı. Çünki hal-hazırda BMT Təhlükəsizlik Şurası və Baş Assambleya, Beynəlxalq Məhkəmə dünyada baş verən müharibə cinayətkarlığının qarşısında öz səlahiyyətlərini icra edə bilmədiyindən tamamilə aciz durumdadır. 30 illik “milli-etnik münaqişə” formatına salınmış Ermənistan ilə Azərbaycan arasındakı Qarabağ müharibəsi buna əyani sübutdur. Elə bu üzdən də BMT-nin bu 30 illik “müharibə-münaqişə” ilə bağlı işğalçı Ermənistana qarşı çıxardığı 4 Qətnamə 30 ildir ki, icrasız qalmışdır. Əgər “müharibə” ən azı 1000 nəfərin ölümünə səbəb olmuş dövlətlərarası münaqişədirsə, onda Qarabağ müharibəsi öz masştabına görə müasir dövrün ən iri müharibələrindən biri kimi Tarixə düşməlidir.
Mən əvvəlki yazılarımda Qarabağ müharibəsinin əsas səbəbkarı kimi ERMƏNİ FAŞİZMİNİ ünvan verdim. Lakin məsələni yalnız “erməni faşizmi” ilə məhdudlaşdırmaq işi bəsitləşdirməkdir. Çünki digər elə amillər var ki, bu münaqişə-müharibədə onların rolu da az olmamışdır. Bu amillərdən biri keçmiş sovet cəmiyyətində formalaşmış Qafqaz mafiyasıdır. Təsadüfi deyil ki, ümumbəşəri təhlükəsizliyə qarşı yeni qlobal təhlükə qüvvələri sırasında Mafiya və Terrorizm ilk yerlərdən birini tutur. Ənənəvi beynəlxalq aktorlar sırasında- dövlətlər, dövlətlərarası institutlar, habelə müəyyən subnasional strukturlarla birgə bu gün dünya siyasətində iştirak edən transmilli korporasiyalar, beynəlxalq banklar, qeyri-hökumət təşkilatları, fövqəlmilli aktorlar- AŞ, ATƏT, NATO, MDB KTŞ, mafioz strukturlar, görkəmli şəxslər və i.a... adları da çəkilə bilər.
İkinci Dünya müharibəsi zamanı Dövlət-Mafiya münasibətlərində ən “örnək” hadisə italiyan, ispan, irland, yəhudi, erməni və afrikan mənşəli Amerika mafiyasının ən nəhəng “təmsilçisi” sayılan siciliyaəsilli qanqster Luçiano ilə ABŞ hökumətinin faşist İtaliyasının dəniz sahillərinə Amerika Silahlı Qüvvələrinin rahat çıxarılması üçün bağlanmış “gizli müqavilə” hesab oluna bilər. ABŞ hərbi-dəniz donanmasının “Underworld” adlanan bu əməliyyatı demokratiya tarixində ən qara ləkə kimi məşhurdur.
Mənim fikrimcə, erməni mafiozası ilə gorbagor Sovet hökumətinin keçmiş rəhbərliyinin SSRİ-nin müttəfiq respublikası sayılan Azərbaycan SSR-ə qarşı Kəlbəcər qızılının qarət edilməsi ilə bağlı gizli sövdələşməsi II Dünya müharibəsindən sonrakı dövrdə Dövlət-Mafiya münasibətlərinin ən böyük cinayətkar hadisələrindən biridir. İndi Azərbaycan ilə Ermənistan arasında qanlı müharibənin getdiyi bir vaxtda bu məsələnin üzərini açmaq zamanı gəlib çatmışdır. Keç. SSRİ-nin iqtisadi xəritəsinə “qızıl” işarəsilə daxil edilməmiş Kəlbəcər qızıl mədəninin qeyri-qanuni mənimsənilməsi və Mafioz emalı indiyədək cəzasız qalmış beynəlxalq cinayətlərdən biridir.
Keçmiş SSRİ-də “Qarabağ münaqişəsi” zəminində Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələblərinin nədən Qarabağ ərazisi hesab edilməyən Kəlbəcər qızıl mədəninə qədər uzadılmasının sirri də məhz bundadır.
Rusiya Federasiyası hökumətinin ilk Prezidenti Boris Yeltsinin və bu ölkənin Təhlükəsizlik Şurasının rəhbəri Yevgeni Primakovun erməni mafiyası ilə əlaqələri hamıya məlumdur. SSRİ hərbi-sənaye kompleksini ölənədək öz əlində saxlamış Y.Primakov hələ 70-80-ci illərdə müsəlman ərəb ölkələrində yaradılmış hərbi münaqişələrdə əsas “silah alverçisi” idi. Mixail Qorbaçov dönəmində Qafqazda yaradılmış “Qarabağ münaqişəsi” də məhz Yevgeni Primakovun paranoidal-xəstə zehniyyatının məhsulu olmuşdur.
Ermənistan Respublikasındakı “narıncı inqilabın Baş naziri” Nikol Paşinyanın hakimiyyətə gələn kimi keçmiş prezidentlərdən Robert Köçəryanı Rusiyadan tələb edərək həbsə atması nə Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş qətli-amlara, nə də siyasi əqidə fərqinə görə idi. Problem işğal edilmiş Kəlbəcərin son 30 ildə qarət edilmiş 13 min tonluq qızıl xəzinəsinin bölüşdürülməsindən ibarət idi. Faşist Paşinyan da öz payını istəyirdi.
NATO-nun son hərbi doktrinalarından biri BMT-nin sanksiyası olmadan öz məsuliyyət zonasından kənara çıxaraq, hərbi təcavüzə məruz qalmış dövlətlərə və xalqlara “hümanitar işəqarışma” siyasəti ilə yardım göstərməkdən ibarətdir. Lakin belə bir “hümanitar kömək” Azərbaycana indiyədək göstərilməmişdir. Nə üçün? Çünki “Rusiyanın zəiflədilməsi” proqramı çərçivəsində Erməni mafiyasının Qafqazdakı rolu ABŞ-a sərf edir. İlk yazımızda bu məsələnin izahını Rusiya strateqlərinin öz statları ilə belə vermişdik: Ermənistan Respublikasının “Qarabağ münaqişəsi” formatına salınmış 30 illik işğalçılıq müharibəsi ilə bağlı Rusiya Strateji Tədqiqatlar İnstitutunun “Проблемы национальной стратегии” jurnalının 2015-ci il (№-2(29) sayında “İnstitutun hesabatları” baş yazısının “Azərbaycan” bölməsində oxuyuruq: «Азербайджан нужен ЕС для полноченной европейской интеграции, главным образом для того, чтобы вытеснить Россию из региона.» (səh.:42)
Deməli, rus strateqlər “Qarabağ münaqişəsini” ilk başdan Azərbaycanın Avropa İttifaqına girişinə qarşı qoyulmuş “açar” hesab etmişlər. Digər maraqlı məqam da var: “Перед Европы стоит и другая важная задача- ослабив Россию, не допустить чрезмерного усиления Турции в регионе Южного Кавказа.” (səh.: 43).
ABŞ-ın XXI əsrdə dünya liderliyini əldən verməmək üçün Avropa ilə gizli savaşda olduğu məlumdur. Keçmiş ABŞ prezidenti Klintonun təhlükəsizlik məsələləri üzrə müşaviri Entoni Layk NATO-nun genişləndirilməsi siyasətində dörd strateji istiqaməti irəli sürmüşdü: bazar iqtisadiyyatının nüvəsi olaraq, ABŞ, Kanada, Yaponiya, Qərbi Avropanın müdafiəsi; konsolidasiya ediləcək yeni demokratiyalara- keç. SSRİ, Cənubi Afrika Respublikası, Nigeriyaya dəstək; demokratiyaya düşmən ölkələrin – İran, İrak, Kubanın (habelə Şimali Koreyanın) təcrid edilməsi; nəhayət, aralıq zona olaraq qeyri-demokratik dövlətlər zonası kimi nəzərdə tutulmuş iqtisadi liberalizasiya yolu tutmuş Çin və İslam ölkələri. Deməli, ABŞ-ın Böyük strategiyasında Azərbaycan da, Türkiyə kimi bir müsəlman ölkəsitək inkişafına müəyyən məhdudiyyətlər qoyulmuş “ZONA”-da yerləşir. Azərbaycan-Ermənistan arasında gedən son müharibədə ABŞ prezidenti D.Trampın “mən bundan sonra milli münaqişələrə qarışmayacağam” deməsinin pərdə arxası Qafqazda “Rusiyanı zəiflətmək” və “Türkiyəni Cənubi Qafqaza buraxmamaq” məqsədini güdür. Bəs, bu prosesdə faşist erməni Baş nazirin rolu nədən ibarətdir. Beynəlxalq səviyyədə cəzasız qalacağına tam əmin olan Nikol Paşinyan 30 il erməni işğalında olmuş Azərbaycan ərazilərindən qovulan Ermənistan Ordusunun raketlərini Azərbaycanın şəhər və kəndlərinin dinc əhalisinə tərəf tuşlayıb atəş açdırır: BMT susur?!. Bu gün Azərbaycan Respublikasının Azadlıq Ordusu Qarabağ ərazisində təqribən 1918-20-ci illərdə ABŞ mandatlı Ermənistan dövlətinin və onun erməni faşizminin banisi Qaregin Njdenin doğma Qarabağımızda məhv etdiyi Azərbaycan kəndlərinin sayı qədər qədim yaşayış məskənlərimizi azad etmişdir.
BÜTÜN BUNLAR DEMƏYƏ ƏSAS VERİR Kİ, ERMƏNİ FAŞİZMİNİN YENİ NARINCI LİDERİ İLK NÖVBƏDƏ AVRASİYANIN GƏLƏCƏYİ ÜÇÜN 1№-li STRATEJİ TƏHLÜKƏDİR.

(Ardı var. Əvvəli: Saytın 19.X. və 21.X. 2020-ci il tarixli buraxılışlarında)


“İctimai Xəbər Agentliyi” MMC.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 48}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı