ixatv.az

Britaniyanın Baş konsulu Çində tələbəni ölümdən xilas edib

17-11-2020, 10:30

Britaniyanın Baş konsulu Çində tələbəni ölümdən xilas edib
Böyük Britaniyanın Çinin Çunçin şəhərindəki baş konsulu, 61 yaşlı bu ölkənin Çjunşan şəhərində suda boğulmaqda olan 24 yaşlı tələbəni xilas edib.

Bu barədə "ixatv.az" "Sky News"a istinadən xəbər verir.

Bununla bağlı yayılmış videogörüntülərdə qızın suya düşməsi, sonra huşunu itirməsi əks olunub.

Kadrlarda tələbənin boğulduğunu görən, lakin onun xilası üçün heç nə etməyən insanların səsləri eşidilir.

Bu zaman Böyük Britaniyanın Çunçin şəhərindəki baş konsulu Ellison suya atılıb və tələbəni sahilə çıxarıb.

"Biz hamımız Çunçindəki Baş konsulumuz Stiven Ellisonla son dərəcə fəxr edirik", - Böyük Britaniyanın Çindəki səfirliyinin “Twitter” səhifəsində qeyd edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 33}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı