ixatv.az

Gəncədə erməni təxribatı nəticəsində evləri yararsız hala düşən sakinlərlə görüş keçirilib

20-11-2020, 18:26

Gəncədə erməni təxribatı nəticəsində evləri yararsız hala düşən sakinlərlə görüş keçirilibGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyyələrinə uyğun olaraq erməni təxribatı nəticəsində evləri yararsız hala düşən sakinlərlə növbəti görüş keçirilib. Görüş zamanı Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında müvəqqəti məskunlaşan sakinlərlə söhbət aparılıb, onların fikir və təklifləri dinlənilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev bildirib ki, erməni təxribatı nəticəsində evləri yararsız hala düşən sakinlərin həyat və məişət qayğıları dövlətin diqqət mərkəzində saxlanılır. Sakinlər istəklərinə uyğun olaraq gündəlik tələbat malları və geyimlərlə təmin edilirlər. Şəhər rəhbərliyi mütəmadi şəkildə ailələrin yaşam vəziyyəti ilə maraqlanır, qarşılaşdıqları çətinliklər dərhal aradan qaldırılır.
Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ilk növbədə dövlət başçısı İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, habelə şəhər rəhbərliyinə dərin təşəkkürlərini ifadə ediblər.
Görüşdə ADAU-nun yataqxanasında müvəqqəti məskunlaşan balaca sakinlərə hədiyyələr təqdim olunub.
«İctimai Xəbər Agentliyi»
Gəncədə erməni təxribatı nəticəsində evləri yararsız hala düşən sakinlərlə görüş keçirilib
Gəncədə erməni təxribatı nəticəsində evləri yararsız hala düşən sakinlərlə görüş keçirilib
Gəncədə erməni təxribatı nəticəsində evləri yararsız hala düşən sakinlərlə görüş keçirilib
Gəncədə erməni təxribatı nəticəsində evləri yararsız hala düşən sakinlərlə görüş keçirilib
Gəncədə erməni təxribatı nəticəsində evləri yararsız hala düşən sakinlərlə görüş keçirilib
Gəncədə erməni təxribatı nəticəsində evləri yararsız hala düşən sakinlərlə görüş keçirilib
Gəncədə erməni təxribatı nəticəsində evləri yararsız hala düşən sakinlərlə görüş keçirilib


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 54}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı