ixatv.az

DOĞMA ŞƏHƏRİM 71 YAŞINDA

22-11-2020, 18:08

DOĞMA ŞƏHƏRİM 71 YAŞINDA
1949-cu ildə Azərbaycanın o dövrdəki rəhbəri Mir Cəfər Bağırov Abşeron yarımadasında yeni şəhər - Sumqayıtı salan zaman istər Respublikada, istərsə də Ümumittifaqda buna qarşı çıxanlar vardı. Lakin Sumqayıt şəhəri salındı, yaşadı, çiçəkləndi, dirçəldi və bu gün də dinamik inkişaf etməkdədir. Gənclik şəhərinə həm Azərbaycanın müxtəlif bölgələrindən, həm də qonşu respublikalardan köç edib onun sakini oldular. Bu gün Sumqayıtda Azərbaycan türkləriylə yanaşı, ləzgilər, talışlar, dağlılar, tatlar, ruslar, ukraynalılar və digər xalqların nümayəndələri bir-birlərinə can deyib, can eşitməklə yaşayırlar. Bununla Sumqayıt şəhəri xalqımızın ən böyük dəyərlərindən olan qonaqpərvərliyi, tolerantlığı özündə təcəssüm etdirir. Ötən il şəhərimizin 70 illik yubileyi münasibətiylə "Sülh" prospektində "7 Göyərçin" abidəsi ucaldıldı. Modern üslubda olan heykəl kompozisiyası sülhü, əmin-amanlığı, zəhmətkeşliyi, tolerantlığı, gender bərabərliyini əks etdirir. Əslində isə abidə sumqayıtlıların necə yaşadıqlarını göstərir.
Yaşının üstünə bir yaşda gəldi doğma şəhərim! Qocala-qocala gəncləşən,günü gündən gözəlləşən,mavigözlü Xəzərin qoynunda yerləşən doğma Sumqayıtım!
Ad günün mübarək!
Hamınızı təbrik edirəm doğma sumqayıtlılarım!
Bu şəhəri gözəlləşdirən onun zəhmətsevər,mehriban,arzusu,niyyəti saf olan insanlarıdır!Yüz yaşa,ildən ilə gözəlləşən arzularımın şəhəri,uşaqlığımın,gəncliyimin xatirələrini özündə yaşadan Sumqayıtım!
Sumqayıt cavandır, cavandan cavan.
Taleyi, arzusu nura boyanmış
Sumqayıt, ayağı torpağa möhkəm dayanaraq göylərə meydan oxuyaraq ucalır və ucalacaq da.

Almaz Yaşar

İctimai Xəbər Agentliyinin direktoru

DOĞMA ŞƏHƏRİM 71 YAŞINDA
DOĞMA ŞƏHƏRİM 71 YAŞINDA
DOĞMA ŞƏHƏRİM 71 YAŞINDA


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 246}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı