ixatv.az

Vətən müharibəsinin qazisi Elvin Xəlilov: “Ən böyük arzum yenidən hərbiyə qayıtmaqdır”

15-12-2020, 17:25

Vətən müharibəsinin qazisi Elvin Xəlilov: “Ən böyük arzum yenidən hərbiyə qayıtmaqdır”


















44 günlük Vətən müharibəsi sona çatdı və Azərbaycanın Şanlı Ordusu bizlərə qələbə sevinci yaşatdı. Bu sevincin içində bizi kədərləndirən igidlərimizin yarım qalmış ömür hekayəsi oldu. Biz fərqində olmamışıq necə qəhrəmanlar böyüyüb. Fərqində olmadığımız igidlərimiz 30 illik arzularımızı, xəyallarımızı 44 gün ərzində həqiqətə çevirdilər. Sonunda illərlə həsrətini çəkdiyimiz torpaqlara igidlərimizin sayəsində qovuşa bildik.
Bizim borcumuz isə onları unutmamaq və cəmiyyətə tanıtmaqdır.
Vətən müharibəsinin fədakar gənclərindən biri də döyüşlərdə ağır yaralanan kiçik gizir Elvin Bəxtiyar oğlu Xəlilovdur.
Elvin 1991-ci il dekabr ayının 13-də Sumqayıt şəhərində anadan olub. Orta məktəbi bitirib hərbi xidmətə yollanır. Hərbi xidməti bitirdikdən sonra bir müddət Sumqayıt şəhərində işləsə də, yenidən hərbiyə geri qayıdır və kiçik gizir kimi fəaliyyətini davam etdirir.
27 sentyabr Vətən müharibəsinin başlaması ilə Elvin digər əsgər və zabit yoldaşları ilə birlikdə döyüşə yollanır. Onlar Cəbrayıl, Füzuli və Hadrut uğrunda gedən döyüşlərdə iştirak edir və böyük igidlik göstərirlər. Hadrut istiqaməti uğrunda gedən döyüşlərdə Azərbaycan bayrağını yüksəkliyə sancmaq istəyərkən erməni snayperi tərəfindən vurulur və yaralanır. Digər döyüşçü yoldaşlarını təhlükəyə atmamaq üçün özünü vurulduğu yüksəklikdən aşağı atır. Elvin Hərbi Hospitalda əməliyyat olunur, yenidən döyüşlərə qatılmaq istəsə də, həkimlər bunun təhlükəli olduğunu söyləyirlər.
Dünən Elvinin doğum günü idi. “İcimai Xəbər Agentliyi” də Qəhrəman igidimizi təbrik edənlər sırasında idi. Biz Elvini doğum günü münasibətilə təbrik edir, ona can sağlığı arzulayırıq. Elvinin ən böyük arzusu sağalıb yenidən hərbiyə qayıtmaqdır. Onu da qeyd edim ki, bu gündən “Buzovna Reabilitasiya Mərkəzi”ndə müalicəsi davam etdiriləcək. Tezliklə sağal, ayağa qalx. Vətən səni gözləyir!

Almaz Yaşar
“İctimai Xəbər Agentliyi” MMC-nin direktoru

Vətən müharibəsinin qazisi Elvin Xəlilov: “Ən böyük arzum yenidən hərbiyə qayıtmaqdır”
Vətən müharibəsinin qazisi Elvin Xəlilov: “Ən böyük arzum yenidən hərbiyə qayıtmaqdır”
Vətən müharibəsinin qazisi Elvin Xəlilov: “Ən böyük arzum yenidən hərbiyə qayıtmaqdır”
Vətən müharibəsinin qazisi Elvin Xəlilov: “Ən böyük arzum yenidən hərbiyə qayıtmaqdır”
Vətən müharibəsinin qazisi Elvin Xəlilov: “Ən böyük arzum yenidən hərbiyə qayıtmaqdır”
Vətən müharibəsinin qazisi Elvin Xəlilov: “Ən böyük arzum yenidən hərbiyə qayıtmaqdır”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 189}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı