ixatv.az

ŞAİRLƏR ALLAHIN SEÇİLMİŞ BƏNDƏLƏRİDİRLƏR !

22-12-2020, 18:55

ŞAİRLƏR ALLAHIN SEÇİLMİŞ BƏNDƏLƏRİDİRLƏR !
İslamov Abil Yolçu oğlu ( Abil İslam ) 19 noyabr 1958 - ci ildən təlatümlü və narahat dünyamızın sakinidir.
Hər bir varlığa görə, hətta udduğu havaya görə də səhərdən - axşamadək Ulu Tanrımıza şükr edən Abil İslam Azərbaycanımızın səfalı guşələrindən biri olan Göyçay rayonunun Alıkənd kəndində böyük bir nəslin davamçısı olmaq şərəfinə nail olub. Soy kökünün nüfuz və zəka mizanını taraz saxlamaq çətin olduğu qədər də şərəflidir. Bunu dərk etdikcə Abil məsuliyyətə daha ciddi yanaşdı.
Abil bir çox sahəyə maraq göstərsə də, özünü orta məktəb illərindən vurğunu olduğu yaradıcılıqda, poeziyada tapdı. Məktəb illərindən Respublikanın dövrü mətbuatında müxtəlif səpkili yazıları ilə çıxış edən Abil İslam Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Prezident Təqaüdçüsüdür.
2001 - ci ildə " Çıraq " nəşriyyatı tərəfindən 204 səhifəlik " Bir bəlalı ömür olub taleyim " adlı şerlər kitabı dərc olunub. ( 1977 - 1979 cu illərdə hərbi xidmətdə olub )
Müxtəlif bəstəkarlar tərəfindən sözlırinə 200 - dən çox mahnı yazılıb. Mahnılarının əksəriyyəti tanınmış korifeylər tərəfindən ifa olunub. ( İslam Rzayev, Cavan Zeynallı, Aybəniz Haşımova, Zöhrə Abdullayeva, Əil Mirəliyev, Zümrüd Məmmədova, Nüşabə Ələsgərli və s.
Əksər mahnıları dövlət tele - radiosunun fonotekasında ( " Qızıl Fond " unda ) saxlanılır. Bundan əlavə dövlət radiosunun fondunda " Nəğməli sətirlər " , " Poeziya buketi, nəğmə çələngi " və müəllif konserti kimi verilişləri saxlanılır.Eləcə də FM - 104 radiosunda poeziya verilişi və " Düşüncələr " verilişinin tez - tez qonağı olur.
Bir çox müxtəlif diplom və təşəkkürnamələrlə yanaşı, mətbuatda xidmətlərinə görə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Həsən bəy Zərdabi diplomu ilə mükafatlandırılıb.
2005 - ci ildə çıxan " Tələsmə hələ " Abil İslamın sayca ikinci kitabıdır.
İnanırıq ki, kitabda toxunulmuş müxtəlif mövzular oxucuların ürəyincədir.
Hazırda onun dörd kitablıq əlyazmaları öz oxucularını gözləyir. Maliyyə məsələləri həll olunarsa kitablar işıq üzü görəcək.
Əmək fəaliyyətinə " Azərelektroişıq " İstehsalat Birliyində başlayıb.Sonralar " İnşaatçı " qəzetində müxbir, fotomüxbir, poeziya şöbəsinin müdiri, " Bioloji Təbabət " klinikasında mətbuat katibi və " Pedoqoji Kollec " də ədəbi dram dərnəyinin rəhbəri işləyib.
Eyni zamanda şair müxtəlif bəstəkarlarla yeni mahnı mətnləri üzərində çox məhsuldar və məsuliyyətlə çalışır.
Bu günlərdə Xalq Artisti Zümrüd Məmmədovanın ifasında, musiqisi bəstəkar Elşən Nicata məxsus " Təlısmə hələ " adlı mahnı dinləyicilərin ixtiyarına verildi. Yaxında daha 10 - a yaxın mahnı müxtəlif bəstəkarlar tərəfindən hazır olacaq.
O, Bakının Nizami rayonu, Müharibə və Əmək veteranları təşkilatının sədr müavinidir.
Hazırda İctimai Xəbər Agentliyinin direktor müavini olmaqla jurnalistikada çox aktiv yazarlarımızdandır.
" Qarabağ Azərbaycandır " sərlövhəli başlıqla vaxtaşırı aktual yazıları ilə oxucularının diqqətini çəkir.
" Mən Azərbaycanlıyam " başlıqlı bir şerində yazdığı kimi, onun ürəyi daim bütöv Azərbaycanımızla döyünməkdıdir.
İnanırıq ki, onun yaratdıqları ilə onu tanıyanların hər biri qürur hissi keçirəcəklər.
♡♡♡♡♡♡♡♡♡
ABİL İSLAM
ÜMİD SONDA ÖLÜR

İllər xəstəsidir, can verə bilmir,
Axan göz yaşını, əl silə bilmir.
Ümid sonda ölür, bəs niyə ölmür,
İşsiz insanlarda ümidmi qaldı ?
XXX
Başmağın dabanı yeyildi getdi,
Vəzifəli qohum, dostlar da itdi.
Kasıbın yolunda dərd - kədər bitdi,
İşsiz insanlarda ümidmi qaldı ?
XXX
Kişi var oynadar yerindən dağı,
İş tapsa işləyər, günün hər çağı.
Solubdur baxçası, quruyub bağı,
İşsiz insanlarda ümidmi qaldı ?
XXX
Gün boyu iş gəzir, sızlayır dizi,
Dərdin danışmağa seçir dənizi.
Utanır övladdan, solur bənizi,
İşsiz insanlarda ümidmi qaldı ?!
XXX
Ay məmur, oyansın varsa vicdanın,
Oyansa, donacaq damarda qanın.
Dərdinə məlhəm ol, işsiz insanın,
İşsiz insanlarda ümidmi qaldı?
XXX
Abil də işsizdir, bilir çoxusu,
Rahat həyatları, pulu, yuxusu.
Düşəndə yadına ölüm qorxusu,
Cavabsız qalacaq, "axı, axı" sı...
İşsiz insanlarda ümidmi qaldı ?!!
♡♡♡♡♡♡♡♡♡
Abil İslam
ÖLÜM GƏLİR, HAZIR OL !
Əvvəlki tək uzaq görmür gözlərin,
Qocalırsan, ölüm gəlir, hazır ol.
Gah keyiyir, gah ağrıyır dizlərin,
Qocalırsan, ölüm gəlir, hazır ol.
XXX
Çox aldanma, qızıl gülün ətrinə,
Söz deyi rlər, tez toxunur xətrinə.
Qəm yüklənir, şerinin də sətrinə,
Qocalırsan, ölüm gəlir, hazır ol.
XXX
Doğma, əziz, dost ölümün bilmisən,
Kədər boğub, nömrələrin silmisən.
Sanmısan ki, mənən sən də ölmüsən,
Qocalırsan, ölüm gəlir, hazır ol.
XXX
Qalacaqdır əməllərin dünyada,
Söz arası sən də düşərsən yada.
Pislik etmə, gorda düşərsən oda,
Qocalşrsan, ölüm gəlir, hazır ol.
XXX
Yaxşı övlad böyütdünsə, ucaldın,
Övlad - nəvə baxışından güc aldın.
Abil, halal, təmiz adla qocaldın,
Ölümə də gülə - gülə hazır ol.

Bakı - 23.11.2020
♡♡♡♡♡♡♡♡♡
ABİL İSLAM SAĞLIĞINDA...

Ocağından el-obaya köz verib,
Yadigarlıq hikmət dolu söz verib.
Allah bizə ağıl verib,, göz verib,
Ağsaqqalın bilməliyik qiymətin, Sağləğında saxlayaq biz hörmətin.
XXX
Ağsaqqallar güvənc yerim, ümidim,
Təzim edən, bütövləşən mən idim.
Hər yetənə onlar deməz igidim, Ağsaqqalın bilməliyik qiymətin,
Sağlığında saxlayaq biz hörmətin.
XXX
Kül altında o gizlədər közünü,
Xalqı üçün sipər edər özünü.
Haqq yolunda çiraq edər gözünü,
Ağsaqqalın bilməliyik qiymətin,
Sağlığında saxlayaq biz hörmətin
XXX
Müqəddəsdir ağsaqqalı, həm eli, Məsləhətlə ötüşübdür hər ili. Xeyir-dua yaşadacaq Abili.
Ağsaqqalın bilməliyik qiymətin,
SağlIğında saxlayaq biz hörmətin! ♡♡♡♡♡♡♡♡♡
ABİL İSLAM
GETDİ, DÖNƏCƏKMİ...
Atam-anam, bacım köçdü dünyadan,
Qardaşım da köçdü, bağrım oldu qan.
Mənə bir təsəlli verdi Yaradan, Getdi, dönəcəkmi geri, bilmirəm ?
XXX
Gözlərim dikilib yolunda qalıb, Arzumun qanadı Qolunda qalıb.
Tənha ürəyimi o, dərdə salıb,
Getdi, dönəcəkmi geri, bilmirəm?
XXX
Bəxtin yazısı var, heç vaxt pozulmaz, Bu eşq möcüzədir, saflıq yozulmaz.
Onundur bu şerim, yada yazılmaz, Getdi, dönəcəkmi geri, bilmirəm?
XXX
Bir ömür payı var, kaş hamı bilə,
Kim duyur, acı söz gətirməz dilə. Haqsızlıq eylədi biri, Abilə,
Getdi, dönəcəkmi geri, bilmirəm?!
♡♡♡♡♡♡♡♡♡
ABİL İSLAM
BİZ ALLAHIN QULLARIYIQ

Uzaqdır bızdin cəhalat,
Zəfər çalsın haqq - ədalət,
Biz Allahın qllarıyıq.
XXX
Oruc tutun, zəkat verin,
Ruzisi var hər səhərin.
Savab qazan, düşün dərin,
Biz Allahın qullarıyıq.
XXX
Savab-günahı var sayan,
Girma günaha, bir dayan !
Tanrımıza hər şey əyan,
Biz Allahın qullarıyıq.
XXX
Abil, şükr et, yaradana,
Bizi pak doğubdur ana.
Pak da vuraq ömrü sona,
Biz Allahın qullarıyıq.
♡♡♡♡♡♡♡♡♡
ABİL İSLAM

SÜRÜYÜR BABA...

" Yalan ayaq tutar, yeriməz” dedin, Yalan ayaq tutur, yeriyir baba. Kasıbın, yoxsulun qanın sovranlar,
Bütün kənd - şəhəri, bürüyür baba.
XXX
Puldur asan edən, yenə müşkülü,
Duyan da az qalıb, gülü - bülbülü. Savadlı pulsuzlar, canlı bir ölü, Diplomlar kif atır, çürüyür baba.
XXX
Arxalı işbazlar meydan sulayır, Kimini - kimsəyə qoşur - calayır.
Milli sərvətləri nakəs talayır,
Zaman düz olanı sürüyür baba.
XXX
Tərif şara bənzər, üfürmə bala,
İçdiyin quyuya tüpürmə bala.
Düz ol, yad minnətin götürmə bala,
“ Təzə” lər köhnəni kürüyür baba.
♡♡♡♡♡♡♡♡♡
ABİL İSLAM
Musiqi: V. Süleymanov
GÖZƏLDİR

Sənin gəzdiyin torpaq gözəldi,
Əlin toxunan, yarpaq gözəldi.
Halım pis idi, güldün, düzəldi,
Mələklər kimi, sən də gözəlsən.
XXX
Gül də utanır, açmağa sənsiz, Ceyran tələsmir, qaçmağa sənsiz. Quşda həvəs yox, uçmağa sənsiz, Mələklər kimi, sən də gözəlsən.
XX
Sənsən Abilin ruhu - ilhamı,
Zülmətdə onun nur saçan şamı.
Söyləyirəm ki, eşitsin hamı, Mələklər kimi, sən də gözəlsən.
♡♡♡♡♡♡♡
ABİL İSLAM
MƏN AZƏRBAYCANLIYAM...
Tanınsın hər diyarda ,
Biz yaşasaq da harda .
Qəlbim uymaz yad ada ,
Mən azərbaycanlıyam !
XXX
Qobustan daş yaddaşım ,
İnsafmı bir yol çaşım ?
Şirvan, Mil, taclı başım ,
Mən azərbaycanlıyam .
XXX
Bənzətməyin heç kəsə ,
Rəvamı tarix küsə ?
Xəzər , coş qoşul səsə ,
Mən azərbaycanlıyam !
XXX
Koroğlunun nərəsi ,
Qeyrət dərdin çarəsi .
Babəklər nişanəsi ,
Mən azərbaycanlıyam !
XXX
Nəsimini soydular,
Neçə gözü oydular.
Müxtəsəri ,..
Duydular ,
Mən azərbaycanlıyam !
XXX
Türkiyə qardaşımdır ,
Təbrizim göz yaşımdlr .
Kür - Araz sirdaşımdır ,
Mən azərbaycanlıyam !
XXX
Bu cənnət qismətimdir ,
Göy Gölüm ismətimdir .
Təmiz adım bəsimdir ,
Mən azərbaycanlıyam !
♡♡♡♡♡♡♡♡♡
ABİL İSLAM
AZƏRBAYCANIM
Hər qarış torpağın əzizdir mənə,
Sən mənim şöhrətim, sən mənim canım.
Canım da qurbandır, qurbandır sənə,
Ay - ulduz bayraqlı, Azərbaycanım !
XXX
Coşqun Xəzərin var, uca dağın var,
Dünyaya səs salan, barlı bağın var.
Güclü ordun bizə, əzəmət - vüqar.
Ay - ulduz bayraqlı Azərbaycanım !
XXX
Ölkələr içində var sənin adın,
İgid, qəhrəmandır, hər bir övladın.
Sülhə köklənibdir, sənin inadın,
Ay - ulduz bayraqlı, Azərbaycanım !
♡♡♡♡♡♡♡♡♡
ABİL İSLAM
İRƏLİ ƏSGƏR
Şöhrətim - şanım, sən qanım - canım,
Xilaskarın var, Azərbaycanım.
Müzəffər ordu, igid sərkərdə,
Bəllidir adı, kənddə - şəhərdə.
XXX
Hərblə qoşadır, sözü, həm işi,
Atadan keçib, hər bir vərdişi.
İlhamdır adı, ər oğlu, ərdi.
Qələbəsi də böyük hünərdi.
XXX
Vur dedi, əsgər, ruhlandı əsgər.
Qovdu yurdumdan, düşməni əsgər.
Şəhidrimin, alındı qanı,
Göyə ucaltdı, Azərbaycanı !
XXX
İlham Əliyev, məğrur sərkərdə,
Düşdü tarixə, adı hər yerdə.
İti qovan tək, qovduq düşməni,
İrəli əsgər, yalnşz irəli !
♡♡♡♡♡♡♡♡♡
ABİL İSLAM
İKİ SƏRKƏRDƏ...
Gözümüz yolda, tez gəl " Turan " ım,
Odlar yurdusan, Azərbaycanım.
İki nər igid, iki sərkərdə,
Biri İlhamdır, biri Ərdoğan.
XXX
İki dövlətin, tək bir milləti,
Sözləri birdir, iti, həm qəti.
İki nər igid, iki sərkərdə,
Biri İlhamdır, biri Ərdoğan.
XXX
Allah eşitdi, dildə duasın,
Viran qoydular düşmən yuvasın.
İki nər gid, iki sərkərdə,
Bir İlhamdır, biri Ərdoğan.
XXX
Bütövləşirsən, Azərbaycanım,
Sərkərdələrə qurbandır canım.
İki nər igid, iki sərkərdə,
Biri İlhamdır, biri Ərdoğan!
♡♡♡♡♡♡♡♡♡
ABİL İSLAM
Həyat yoldaşıma ithaf.

HƏYAT YOLDAŞIM

Tanrı yazısıdır, tale qisməti,
Üzündə həyası, arı - isməti.
Hamının yanında təmiz hörməti,
Qeyrətim - namusum, həyat yoldaşım.
XXX
Kirayə evlərin sayı olmadı,
Arzular - istəklər gül tək solmadı.
Şükür, o günlərdən əsər qalmadı,
Qeyrətim - namusum, həyat yoldaşım.
XXX
Qoşa addımladıq həyat yolunda,
Asanı, müşkülü oldu yolun da.
Zəhmət təri oldu hər an alında,
Qeyrətim - namusum, həyat yoldaşım.
XXX
Üç övlad bəxş etdin həyatda mənə,
Onlardır həyatım, borcluyam sənə.
Dözmüşəm cəfana, dözəcəm yenə,
Qeytim - namusum , hıyat yoldaşım.
XXX
İndi nəvələr var, qatır başımı,
Unutdurur mənə, ahıl yaşımı.
Abiləm, tanıyın can sirdaşımı,
Qeyrətim - namusum, həyat yoldaşım.

21.04.2020.

Bakı şəhəri

RASAFİL BAYRAMOV
İCTİMAİ XƏBƏR AGENTLİYİNİN RƏHBƏRİ.

ŞAİRLƏR ALLAHIN SEÇİLMİŞ BƏNDƏLƏRİDİRLƏR !


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 67}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı