ixatv.az

ÖMRÜN "59"-CU QIŞI...

25-12-2020, 15:06

ÖMRÜN "59"-CU QIŞI...
Biz bir azərbaycanlı olaraq hamımız qürur hissi ilə fəxr edirik ki, İlham Əliyev kimi Prezidentimiz və Ali Baş Komandanımız var.
Onun uzaqgörən və təcrübəli siyasəti danılmazdır.
44 - günlük müharibə göstərdi ki, o həm də hərb sahəsində bir daha Ali Baş Komandan kimi, bütün dünyayada özünü və Azərbaycanın müzəffər ordudusunun gücünü real olaraq, aparılan döyüşlərdə təsdiqlədi.
Xalqının başını dünyada ucaldı.
Bütün dünya mətbuatı Azərbaycan ordusunun gücündən, təcrübəsindən, yeni döyüş taktikasından yazdı.
Bu igidliyin, bu qələbənin, bu qəhrəmanlığın müəllifi məhz bizim Ali Baş Komandanımız İlham Əliyev oldu.
Xarici siyasəti kimi, onun apardığı daxili siyasəti nəticəsində Azərbaycan xalqı dəmir yumruğa çevrildi.
Hər şey xalq üçün, hər şey ordu üçün, hər şey qələbə üçün deyərək bütün xalq birləşdi.
" El bir olsa, dağ oynadar yerindən " ! Biz bu birliyin şirin bəhrəsini gördük.
Biz də öz növbəmizdə bir kolektiv olaraq Ölkə başçımızın ətrafında sıx birləşərək " Bioloji Təbabət " klinikası adından ordumuz üçün əlimizdən gələni əsirgəmədik.
Orduya vaxtaşırı ərzaq və lazımı sovqatlarla yanaşı Təcili Tibbi Yardım maşını da hədiyyə etdik.
Həkim kollektivimiz də öz klinikamızda necə - neçə yaralı igidlərimizin müalicəsini tam təmənnasız öz üzərinə götürdü.
Allah torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin.Nur içində yatsınlar.
Yaralılarımıza isə Allahdan şəfa dilıyirik və " Bioloji Təbabət " klinikası hər an igid hərbiçilırimizin tibbi problemləri üçün hər an hazırdır.
Dünən bütün mətbuat orqanlarında əziz Prezidentimizin ad günü münasibəti ilə maraqlı materiallar dərc olundu və bu çoxluğu nəzərə alaraq, biz təbriklərimizi bu günə saxladıq...
Əziz Prezidentimiz və Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev, mən də " Bioloji Təbabət " klinikasının rəhbəri olaraq ailəm və kollektivimiz adından Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə və ailənizə uzun ömür, möhkəm can sağlığı, işlərinizdə daim uğurlar arzu edirəm.
Bizim kollektivin istəyinin reallaşdırılmasını arzu edirik.
" Bioloji Təbabət " klinikasının kollektivi təklif edir ki 44 - günlük qələbəyə görə sevimli Ali Baş Komandanımız və Prezidentimiz İlham Əliyevə " Milli Qəhrəman " adı verilsin və bir daha Prezident seçkisi keçirilməsin.
İlham Əliyevin ömürlük Prezidentimiz olmasını istəyirik !

Dərin hörmətlə :
ELXAN ƏNVƏR OĞLU YAQUBOV.
" Bioloji Təbabət " klinikasının rəhbəri.


ÖMRÜN "59"-CU QIŞI...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 79}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı