ixatv.az

" TARİXİ ŞƏXSİYYƏTLƏR " JURNALI İLHAM ƏLİYEVİ DÜNYA LİDERLƏRİ ARASINDA İLİN ADAMI SEÇDİ

27-12-2020, 16:56

" TARİXİ ŞƏXSİYYƏTLƏR " JURNALI İLHAM ƏLİYEVİ DÜNYA LİDERLƏRİ ARASINDA İLİN ADAMI SEÇDİAzərbaycanın müzəffər ordusu 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün əks hücum əməliyyatına başladı. 44 gün ərzində qəhrəman ordumuz öz qanları, canları bahasına torpaqlarımızı azad etdilər.

Cəsur döyüşçülərimiz Vətən yolunda öz canından keçdi, müqəddəs Şəhidlik zirvəsinə ucaldı. Eyni zamanda yüzlərlə Azərbaycan övladı yaralandı və xalqın fəxrinə çevrildi.

Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmrini canla-başla yerinə yetirib, müqəddəs "Zəfər" gününü Azərbaycan xalqına yaşatdılar. 44 günlük müharibədə bütün Azərbaycan xalqı öz döyüşən əsgərini unutmadı, onun arxasında dağ kimi dayandı. Ali Baş Komandanın hər dəfə çıxışını dinlədikdən sonra sevinib, Şəhid xəbərləri ilə üzülən bu xalqın körpəsindən- qocasına qədər hər biri qəhrəmandır.

Belə möhtəşəm, tarixi Qələbəni "Tarixi şəxsiyyətlər" jurnalı dekabr sayında ətraflı şəkildə işıqlandırmışdır. Bu tarixi Qələbənin memarı olan möhtərəm prezidentimiz İlham Əliyevi dünya liderləri arasından "İlin adamı" seçmiş və bu Qələbəyə həsr olunmuş jurnal bu günlərdə çapdan çıxmışdır. Jurnalda cənab Prezidentin xalqa müraciətləri ardıcıllıqla öz əksini tapmış, necə deyərlər 44 günlük müharibənin xronoloji ardıcıllığını verilmişdir. Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti əsasında söylədiyi cəsarətli sözlər: " Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!" "İti qovan kimi qovduq onları! Qaçırlar, hələ qaçacaqlar!" "Biz tarixi ədaləti bərpa edirik! Bu vətən müharibəsidir." "Azərbaycan xalqının səbri ilə oynamasınlar." "Düşmən bizim qarşımızda acizdir." "Qarabağ Azərbaycandır!" dilimizdə əzbər olan bu cümlələr başlıqlarda yer almışdır.

"Tarixi şəxsiyyətlər" jurnalının yaradıcı heyəti, baş redaktor Xəlil Qarəhmədovun səyi nəticəsində mükəmməl bir jurnal hazırlanmış və çox böyük məmnuniyyətlə jurnalın bu sayını "Böyük Zəfər" imizə və bu Zəfərin memarı Ali Baş Komandan cənab İlham Əliyevə həsr etməyi özünə borc bilmişdir.
İndi hər bir azərbaycanlı, dünyanın hər yerində qalib xalqın nümayəndəsi kimi, başını dik tutaraq, bütöv Azərbaycanımızla qürur duyur.

RASAFİL BAYRAMOV
İCTİMAİ XƏBƏR AGENTLİYİNİN RƏHBƏRİ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 79}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı