ixatv.az

DAHA BƏSDİR AĞLADIĞIN...

20-01-2021, 17:04

DAHA BƏSDİR AĞLADIĞIN...
20 yanvar 1990 - cı il xalqımızın tarixinə " Qanlı yanvar " faciəli bir gün kimi yazılmışdır.
Azərbaycan xalqı bu dəhşəti hər il hamılıqla yad edir.
Bu gün qanlı yanvar gecəsinin 31 ili tamam oldu.
Yüz illər belə keçsə də, bu dəhşət Azərbaycan xalqının qan yaddaşından heç zaman silinməyəcəkdir.
Başqa təşkilatlar kimi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da, hər il olduğu kimi, təşkilatın sədir müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun təşkilatçılığı ilə xalqımızın bu günkü azadlığı uğrunda canlarından - qanlarından keçən müqəddəs şəhidlərimizin məzarları ziyarət olundu və ruhlarına dualar oxundu.
Polkovnik Cəlil Xəlilov, Nizami rayon Nüharibə, Əmək və Silahlı Qüvvəhər Veteranları təşkilatının sədri ehtiyatda olan mayor Yəhya Ağayevin adını qürurla çəkərək, bütün ictimai tədbirlərdə aktiv iştirakını qeyd etdi.
Şəhidlərimizin əbədiyaşarlığına və ruhlarına hörmət əlaməti olaraq, onların uyuduğu müqəddəs məkan " Qərənfil dənizi " nə bənzəyirdi.
Bu kövrək mənzərə gözlərim önündə canlandıqca kədər dolu hisslərimi cilovlaya bilmədim.
Axı tək insanlarımız yox, sevənlərin bir - birinə hədiyyə etdiyi qərənfillərimiz də şəhid oldu və sevgi gülü olan qərənfil o müdhiş gecədən sonra " şəhid gül " ü oldu.
Xəyallarımda bu kədərin fonunda poeziya məni al qanı axan yaralı qartal kimi yaxaladı və yaranmış kövrək duyğularımı sizlərlə bölüşürəm.

DAHA BƏSDİR AĞLADIĞIN...

Qərənfilim, yasa qismət olmusan,
Ləçəyində göz yaşları, solmusan.
Bu dünyadan, o dünyaya yolmusan ?
Daha bəsdir ağladığın, qərənfil.
XXX
Şəhidlərə toy xalısı toxudun,
Ürəklərdə dərdi - qəmi oxudun.
Xalqım üçün təmkin olub qoxudun,
Daha bəsdir ağladığın, qərənfil.
XXX
Qeyrətini dünya gördü o, günlər,
Hönkürtülər, ağlaşmalar, o ünlər.
Kədərimi sizlə böldüm, a güllər,
Daha bəsdir ağladığın, qərənfil.
XXX
Sarsıltmadı sizi güllə səsləri,
Xalq tanıdı, bizi qıran kəsləri.
Bu bir tarix, bu da həyat dərsləri,
Daha bəsdir ağladığın, qərənfil.
XXX
Sərvətimdir bir çoxunu əsnədən,
Kabnetlərdə gərnəşdilər bəs nədın ?
Haram yaldan partlayacaq çox gödən,
Daha bəsdir ağladığın, qərənfil.
XXX
Ana oğul, bacı, qardaş ağlayır,
Ağıları ürəkləri dağlayır.
Nə vaxtdır ki, göz yaşımız çağlayır ,
Daha bəsdir ağladığın, qərənfil.
XXX
Xeyirlə - şər, qardaş olub, əzəldən,
Üz döndərmə, toyu olan gözəldən.
Dərdə düşsün, xalqıma dərd közərdən,
Daha bəsdir ağladığın, qərənfil !

ABİL İSLAM
İctimai Xəbər Agentliyinin
direktor müavini,
Prezident təqaüdçüsü.

DAHA BƏSDİR AĞLADIĞIN...
DAHA BƏSDİR AĞLADIĞIN...
DAHA BƏSDİR AĞLADIĞIN...
DAHA BƏSDİR AĞLADIĞIN...
DAHA BƏSDİR AĞLADIĞIN...
DAHA BƏSDİR AĞLADIĞIN...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 68}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı