ixatv.az

Gizir Şıxəliyev Fariz

21-01-2021, 19:30

Gizir Şıxəliyev Fariz

“Kiçik qala” olsan da, əzmlə, mətanətlə 30 il dözdün yadelli əsarətinə. Gələcəyimizi bilib inamla, qətiyyətlə gözlədin bizi. Biz qayıtdıq! Ağ günlərin geri döndü! Bu günləri bizə yaşadan igid, mübariz əsgərlərimiz sayəsində sənə qovuşduq, Vətən! Torpağa öz qanlarıyla imza atan şəhid və qazilərimizin sayəsində sən bu gün azadsan!
Öz qanıyla torpağına imza atan şəhidlərimizdən biri də Gizir Şıxəliyev Farizdir. Onun həyatına qısa da olsa nəzər salaq, tanıyaq və tanıtdıraq qanıyla tarix yazan şəhidimizi...
Gizir Şıxəliyev Fariz
Gizir Şıxəliyev Fariz Şahverdi oğlu 10 dekabr 1987-ci ildə Xabarovski vilayətində anadan olmuşdur. 1994-2004-cü illərdə Şamaxı rayonu Qaravəlli kənd orta məktəbini bitirmişdir. 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-cu ildə Azərbaycan Tibb Universitetinin nəzdində hərbi tibb fakültəsinə qəbul olmuşdur. 2011-ci ildə həmin fakültənin “feldşer” ixtisasını bitirib “gizir” hərbi rütbəsini alaraq Beyləqanda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. 2016-cı il “Aprel döyüşləri”ndə Talş istiqaətində gedən döyüşlərdə iştirak etmişdir. Nümunəvi xidmətlərinə görə “Yubiley” və II-III dərəcəli “Qüsursuz xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
Gizir Şıxəliyev Fariz
27 sentyabr 2020-ci ildə “Vətən” müharibəsinin başlandığı vaxtdan Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının alınmasında böyük şücaət göstərmiş, 27 oktyabr 2020-ci ildə Xocavənd-Şuşa istiqamətində ağır döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmişdir.
Döyüşlərdə iki erməni polovniki əsir götürmüş, 11 erməni dığasını məhv etmiş, iki ədəd texnikanı da qənimət götürmüşdür. Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. Ailəli idi, bir oğul övladı bizlərə əmanət qaldı.
Vətənimiz, azadlığımız, torpağımz uğrunda canlarından keçən bütün Şəhidlərimizi sevgi və rəhmətlə anırıq. Torpaqlarımızın bütövlüyü uğunda göz qırpmadan canlarından keçən Şəhidlərimiz biz var olduqca bizimlə bərabər yaşayacaqlar. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəyik. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

Ruhları qarşısında baş əyirik!!!
Almaz Yaşar
“İctimai Xəbər Agentliyi”, direktor

Gizir Şıxəliyev Fariz
Gizir Şıxəliyev Fariz


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 118}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı