ixatv.az

“Pənah Hüseyn kimilər Ayaz Mütəllibovun demokratiyaya sadiqliyindən sui-istifadə etdi...”

31-01-2021, 15:13

“Pənah Hüseyn kimilər Ayaz Mütəllibovun demokratiyaya sadiqliyindən sui-istifadə etdi...”
“O, SSRİ DTK sədrinin 1-ci müavini F.Bobkovun tələbinə rəğmən AXC liderlərini həbs etdirmədi...”
“Görünür, onlar 20 Yanvar qətliamıandan sonra sabiq dövlət başçısının hərəkat fəallarını Rusiya zindanlarından azad etdirməyini də unudub...”
“Pənah Hüseyn kimilər Ayaz Mütəllibovun demokratiyaya sadiqliyindən sui-istifadə etdi...”
Xəbər verildiyi kimi, Azərbaycan Xalq Partiyasının sədri, Elçibəy hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuş Pənah Hüseynin 14 may 1992-ci il hadisələri ilə bağlı yazdığı silsilə məqalələrdən birində Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibova ittihamlar səsləndirib. Keçmiş dövlət başçısının o günlər yenidən iqtidara qayıdış cəhdləri haqda danışan sabiq baş nazir guya eks-prezidentin AXC rəhbərliyindəki bir neçə müxalifətçi məşhur simanı aradan götürməyə təlimat verdiyini bildirib:
“Pənah Hüseyn kimilər Ayaz Mütəllibovun demokratiyaya sadiqliyindən sui-istifadə etdi...”
“1992-ci ilin 12 mayı axşam saat 11 radələrində Əbülfəz Elçibəy AXC rəhbərliyinin fövqəladə toplantısında məlumat verib ki, dəqiqliyi şübhə doğurmayan informasiyaya görə, mayın 14-də Ali Sovetin sessiyası çağırılacaq: “Sessiyada Xocalı Komissiyasının məlumatı məsələsi qoyulacaq, Ayaz Mütəllibovun günahsızlığı elan olunaraq, 6 mart 1992-ci il sessiyasının qərarları ləğv ediləcək; Ayaz Mütəllibovun prezidentliyi bərpa olunacaq; elə sessiyanın gedişində daha fəal şəkildə etiraz etmələri ehtimal olunan Demblok deputatlarından Arif Hacıyev, Etibar Məmmədov və ya Tofiq Qasımovdan biri sessiyanın iclasında silahlı şəxslər tərəfindən öldürüləcək, seçki dayandırılacaq, ölkədə fövqəladə vəziyyət elan ediləcək və AXC-yə qarşı terror başlanacaq, böyük qan töküləcək...”
“Pənah Hüseyn kimilər Ayaz Mütəllibovun demokratiyaya sadiqliyindən sui-istifadə etdi...”
Sabiq baş nazirin ittihamlarına cavab olaraq Moderator.az-a açıqlama verən eks-prezident Ayaz Mütəllibovun mətbuat katibi Qulu Həsənzadə aşağıdakıları bildirib:

“Görünür, Pənah Hüseyn son vaxtlar özünü gündəmə gətirmək üçün yollar axtarır. Bunlardan biri də nəinki keçmiş dövlət başçılarına, hətta öz silahdaşlarına böhtan, iftira yaxmaqdır. Onun guya “Arif Hacıyev, Etibar Məmmədov və ya Tofiq Qasımovdan birinin sessiyanın iclasında silahlı şəxslər tərəfindən öldürüləcəyi” barədə yazdıqlarının da heç bir əsası yoxdur və bu, növbəti yalan və cəfəngiyyatdır. Və çox güman ki, bu söz-söhbət o vaxtkı müxalif liderlərin öz aralarındakı çəkişmələrin nəticəsi olaraq meydana çıxıb...

Birincisi, Azərbaycan xalqı gözəl bilir ki, Ayaz Mütəllibov humanist, o dövrün verdiyi imkanlar çərçivəsində demokratik düşüncəli bir insan olub. Və onun hakimiyyəti idarə etmək üslubunda kimlərisə qətlə yetirmək, qan tökmək metodları qətiyyən yer almayıb. P.Hüseynin bəhs etdiyi 14-15 may 1992-ci il olaylarında, eləcə də ondan öncə 5-6 mart hadisələrində Ayaz Mütəllibovun tutduğu mövqe bunu sübut edir. Yəni həmin hadisələr zamanı o, qanuni dövlət başçısı kimi əlində müqavimət göstərməyə kifayət qədər imkanı olduğu halda ölkədə qardaş qırğınına rəvac verməyib.

İkincisi isə o vaxtkı AXC lider və fəalları onu da yaxşı bilir ki, Ayaz Mütəllibov onların hamısını siyasi üsullarla kənarlaşdırmaq, sovet dövrünün qanunlarıyla əsaslandırıb həbs etdirmək fürsəti olduğu halda bunu etməyib. 1990-cı il 20 Yanvar qətliamından bir neçə gün sonra SSRİ DTK sədrinin 1-ci müavini, ordu generalı Filip Bobkov artıq Mərkəzi Komitənin 1-ci katibi seçilmiş Ayaz Mütəllibovdan tələb edib ki, baş vermiş hadisələrə görə Azərbaycan Xalq Cəbhəsinin bütün rəhbərliyi həbs olunmalı və ümumiyyətlə, həmin təşkilat rəsmən ləğv edilməlidir. Ancaq Azərbaycanın sabiq dövlət başçısı bundan qəti şəkildə imtina edərək Kremlin məşhur rəsmisinə belə deyib: “Siz Azərbaycanda demokratiyanı boğmağa çalışırsız? Necə ola bilər ki, bizimlə eyni hüquqlara malik qonşu müttəfiq respublika - Ermənistanda “demokratik qüvvələr” adı altında qanunsuz olaraq silahlanmış və Azərbaycana qarşı ərazi iddiaları irəli sürən “Ermənistan Ümummili Hərəkatı” fəaliyyət göstərir, amma siz burada Xalq Cəbhəsi rəhbər və fəallarını tutdurmaq, təşkilatı isə ləğv etdirmək istəyirsiz?.. Yəqin, məqsədiniz Ermənistanı dünyaya “demokratik cəmiyyət quran bir respublika”, Azərbaycanı isə “diktatura”ya meyilli bir cəmiyyət kimi qələmə verməkdir...”

Ayaz Mütəllibov bununla da kifayətlənməyərək o vaxtkı SSRİ lideri Qorbaçov qarşısında tələb qoyub ki, Yanvar hadisələrinə görə Moskvada “Lefortovo” həbsxanasında və digər şəhərlərdəki zindanlarda həbsdə olan Azərbaycan müxalifətçiləri, o cümlədən AXC lider və fəalları azad olunsun. O, sovet rəhbərliyinə bildirib ki, əgər siz gerçək demokratiyadan danışırsızsa, biz də öz müxalif liderlərimizlə əl-ələ verib demokratik cəmiyyət qurmaq istəyirik. Nəticədə AXC lider və fəallarının hamısı həbsdən azad olunub. Ayaz Mütəllibovun vaxtında ölkədə, demək olar ki, siyasi dustaq da olmayıb. Təəssüf ki, özünü “demokrat” adlandıran Pənah Hüseyn kimilər sabiq ölkə başçısının bu xidmətlərini dəyərləndirmədi və unutdu. Və əksinə, Ayaz Mütəllibovun humanistliyindən, demokratiyaya sadiqliyindən sui-istifadə etdilər...”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 96}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı