20 yaşın mübarək olsun şəhidim ..
Mərasimdə çıxış edənlər 20 yaşı tamam olan Rüfət Mayılovun keçdiyi qısa və mənalı həyat yolundan söz açdı, şagirdlərə vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı və əsil vətəndaş olmanın şərtlərini xatırlatdılar. Vətən uğrunda mübarizənin vacibliyi, hər bir vətəndaşın tutduğu mövqedə bir qəhrəman kimi çalışmasını, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.
Vurğulandı ki, Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu.
Sonra N saylı hərbi hissənin kolektivi Rüfət Mayılovla bağlı xatirələrini bölüşdülər. Şəhidin məzarı ziyarət olunaraq, üzərinə tər qərənfillər düzüldü, ruhu ehtiramla yad olundu.
Şəhidin atası Bəhram Mayılov bu gün Rüfətin ad günündə göstərilən diqqət və qayğəya görə rayon icra hakimiyyəti başçısına və N saylı hərbi hissənin rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.