ixatv.az

Neymar Messinin rekordunu qırdı

10-10-2020, 13:30

Neymar Messinin rekordunu qırdıFransanın PSJ klubunun futbolçusu Neymar İspaniya "Barselona"sında çıxış edən Lionel Messinin rekordunu qırıb.

"ixatv.az"in məlumatına görə, 28 yaşlı hücumçu buna Braziliya millisinin heyətində nail olub. Forvard 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Boliviya ilə görüşdə 18 uğurlu driblinq edib.

Bu, son üç mundialın seçmə mərhələsində ən yaxşı göstəricidir. Əvvəlki rekordu 2011-ci ildə Kolumbiyaya qarşı Argentina yığmasının heyətində Lionel Messi (15 uğurluq driblinq) gerçəkləşdirib.

Qeyd edək ki, Braziliya Boliviyanı 5:0 hesabı ilə üstələyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 13}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı