ixatv.az

"Neftçi" ilə müqavilə bağlayan albaniyalı futbolçu əsgər salamı verdi

16-10-2020, 11:31

"Neftçi" ilə müqavilə bağlayan albaniyalı futbolçu əsgər salamı verdi"Neftçi” klubu növbəti futbolçu transferini rəsmiləşdirib.

"ixatv.az" klubun rəsmi saytına istinadən məlumatına görə, albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. 29 yaşlı futbolçu 17 nömrəli formanı geyinəcək.

Müqaviləyə imza atdıqdan sonra o, Azərbaycan Ordusuna dəstək olaraq, əsgər salamı verib.

Qeyd edək ki, Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Super Kubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 26}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı