ixatv.az

Xorvatiyalı futbolçu koronavirusa yoluxduğunu matçın fasiləsində öyrənib

12-11-2020, 16:30

Xorvatiyalı futbolçu koronavirusa yoluxduğunu matçın fasiləsində öyrənib
Xorvatiya millisinin futbolçusu Domaqoy Vidada koronavirus aşkarlanıb.

"ixatv.az" Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi infeksiyaya yoluxduğunu Tükiyə ilə yoldaşlıq matçının (3:3) fasiləsində öyrənib. Hadisə test nəticələri gec gəldiyi üçün baş verib.

Bu səbəbdən, təcrübəli oyunçu ikinci hissənin startında Filip Uremoviçlə əvəzlənib.

Qeyd edək ki, Domaqoy Vida Türkiyənin "Beşiktaş" klubunda çıxış edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 15}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı