ixatv.az

Türkiyə ilk qələbəsini Rusiya üzərində qazandı

16-11-2020, 13:30

Türkiyə ilk qələbəsini Rusiya üzərində qazandı


UEFA Avropa Liqasında V turun ikinci oyun günündə Türkiyə və Rusiya yığmaları üz-üzə gəlib.

"ixatv.az"in məlumatına görə, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 11-ci dəqiqədə Denis Çerışev açsa da, 24-cü dəqiqədə qonaq komanda Andrey Semyonovun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. Say üstünlüyündən "ay-ulduzlular" tezliklə yararlanmağı bacarıblar. 26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib.

52-ci dəqiqədə isə Cenk Tosun penaltini dəqiq yerinə yetirib. 57-ci dəqiqədə Daler Kuzyayev fərqi azaltsa da, Rusiya millisinin bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra Rusiya 8 xalla 1-ci, ilk qələbəsinə imza atan Türkiyə 6 xalla 3-cü pillədə qalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 23}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı