ixatv.az

Luis Suares koronavirusa yoluxdu

17-11-2020, 12:30

Luis Suares koronavirusa yoluxdu
İspaniyanın "Atletiko" klubunun və Uruqvay millisinin futbolçusu Luis Suaresin koronavirusa yoluxub.

"ixatv.az"ın Uruqvay Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 33 yaşlı hücumçunun testi müsbət nəticə verib. İndi Suaresi daha bir test yoxlayır. Amma istənilən halda, o, qarşıdakı görüşləri buraxmalı olacaq.

Uruqvay yığması noyabrın 18-də Braziliya ilə dünya çempionatının seçmə oyununda üz-üzə gələcək. Noyabrın 21-də isə "Atletiko" İspaniya La Liqasının X tur matçında "Barselona" ilə görüşəcək.

Qeyd edək ki, Luis Suares "Atletiko"ya mövsümün əvvəlində "Barselona"dan keçib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 30}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı