ixatv.az

“Yuvents” Ronaldunun komandadan gedişi barədə xəbərlərə aydınlıq gətirdi

22-11-2020, 13:59

“Yuvents” Ronaldunun komandadan gedişi barədə xəbərlərə aydınlıq gətirdi"Yuventus" klubunun idman direktoru Fabio Paratiçi hücumçu Kriştianu Ronaldunun komandadan mümkün gedişi haqqında xəbərlərə münasibət bildirib.

Bu barədə "ixatv.az" "Goal"a istinadən xəbər verir.

"Sizi inandıra bilərəm ki, Kriştianu Ronaldu "Yuventus"da qalacaq. Biz transferlər haqqında şayiələrə çox vaxt ayırmırıq, hər gün çoxlu xəbər meydana çıxır", - Paratiçi bildirib.

Daha əvvəl Ronaldunun 2021-ci ildə Turin "Yuventus"undan mümkün gedişi haqqında bildirilib. Eyni zamanda Kriştianu Ronaldunun yenidən İngiltərənin "Mançester Yunayted" klubuna qayıda biləcəyi barədə xəbər yayılıb.

Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. Daha sonra İspaniya "Real Madrid"inə keçən futbolçu 2018-ci ilin yayında "Yuventus"la 4 illik müqavilə imzalayıb. O, mankunianların heyətində 3 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 46}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı