ixatv.az

Çempionlar Liqası: "Çelsi" və "Sevilya" 1/8 finala vəsiqə qazandı

25-11-2020, 01:14

Çempionlar Liqası: "Çelsi" və "Sevilya" 1/8 finala vəsiqə qazandıUEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandalar müəyyənləşib.

"ixatv.az"ın məlumatına görə, E qrupunda İngiltərə "Çelsi"si Fransada "Renn"i, İspaniya "Sevilya"sı isə Rusiyada "Krasnodar"ı 2:1 hesabı ilə məğlub edərək, adını pley-offa yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran London və Əndəlusiya təmsilçiləri sona 2 tur qalmış qrupdan çıxmağı təmin ediblər.

"Krasnodar" və "Renn" isə hərəyə 1 xalla müvafiq olaraq 3-4-cü yerləri bölüşdürür.

Çempionlar Liqası

Qrup mərhələsi

IV tur

24 noyabr

E qrupu

21:55. “Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya) - 1:2

Qollar: Vanderson, 56 - İvan Rakitiç, 4, Munir El-Haddadi, 90+5

21:55. “Renn” (Fransa) - “Çelsi” (İngiltərə) - 1:2

Qollar: Seri Qirassi, 85 - Kallum Hadson-Odoi, 22, Olivye Jiru, 90+1

Xal durumu: “Çelsi” - 10, “Sevilya” - 10, “Krasnodar” - 1, “Renn” - 1


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 68}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı