ixatv.az

Dövlət qurumlarının "COVİD 19" tenderləri... - İLGİNC SİYAHI

18-09-2020, 12:41

Dövlət qurumlarının "COVİD 19" tenderləri... - İLGİNC SİYAHIAzərbaycanda dövlət qurumlarının COVİD 19 virusu ilə bağlı testlər almaq üçün keçirdiyi tenderləri hansı şirkətlərin qazandığı məlum olub.

FED.az xəbər verir ki, dövlət qurumları testlər üçün şirkətlərə ödədikləri ümumi məbləğ 1 milyon 36 min 457 manat olub.
Ən çox tenderi “Referans Klinik Laboratoriya Mərkəzi” MMC (4 tender), ən böyük tenderləri isə “Zeytun Pharmaceuticals” MMC (427 min 950 manat), “Bona Dea” MMC (415 min 950 manat) qazanıb.

“Zeytun Pharmaceuticals” MMC COVİD 19 virusu testləri üzrə keçirilən tenderlərin 2-ni qazanıb. Bu tenderlərə görə şirkətə ümumilikdə 427 min 950 manat ödənilib. Belə ki, “Zeytun Pharmaceuticals” MMC aşağıdakı qurumlarla müqavilələr bağlayıb:

Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi – 8 min 106 manat;
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi – 419 min 844 manat.
“Bona Dea” MMC yalnız 1 ədəd 415 min 950 manat məbləğində COVID-19 test analizlərinin aparılması tenderini qazanıb:

“Azərsu” ASC – 415 min 950 manat.
“Referans Klinik Laboratoriya Mərkəzi” MMC COVİD-19 pandemiyası ilə bağlı müayinə-test xidmətləri üzrə 4 tender qazanıb. 4 tenderin ümumi məbləği 192 min 557 manat olub.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi – 89 min 916 manat;
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) – 43 min 967 manat;
"Dost İş Mərkəzi" MMC – 38 min 675 manat;
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi – 20 min manat.
Qeyd edək ki:

“Zeytun Pharmaceuticals” MMC 9 oktyabrda 600 manat kapitalla yaradılıb. Qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur.

“Bona Dea” MMC isə 20 manat nizamnamə kapitalı ilə 17 mart 2004-cü ildə yaradılıb. Qanuni təmsilçisi Faiq Əliyev Becan oğlu oğludur.

"Referans Klinik Laboratoriya Mərkəzi" MMC 14 oktyabr 2004-cü ildə 100 manat kapitalla yaradılıb. Şirkəti qanuni təmsilçisi Aqil Mirzəyev Əlövsət oğludur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 27}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı